Lyrics

Bu gün də ağlımdasan amma xoş deyil Gözlər parıldayır amma sevinc deyil Mənə deyin nələr axı bəs edər ki, varlığımdakı təkliyim boş deyil Hər gün təbəssüm yalnız gülüşün İndi baxıram ətrafa insanlar gülüşür Sən may ayımın ən gözəl hədiyyəsi İlk görüşdə də yadımda, ürək əsir Məncə bacarardıq ola bilərdik fərqli Bizdə yox nifrət, varıydı ancaq sevgi Mən səni layiq bilirdim təkcə özümə Ən yüksək zirvədə də sən idin gözümdə Özüm özlüyümdə bağışladım səni Yanımda olmasan ürəyim ancaq sənin Daha var qürurum sevgini əzir Sən adlı şəhzadə daha ürəyimdəki əsir Qara qəhərin içində tənha Qalmaram kədər içində daha Çox mu baha xoşbəxt sonluq? Sevgidən sonra alınmaz heç cür dostluq Hələ ki yazıram üzünə deməzdim Sən adda liman varsa ordan dönməzdim Dönməsə də artıq görüşmək, o vaxtlar Mən otururam sənsiz hələ də o parkda Bəs indi mənsizlik sənə bəs edir mi Əla olardı hər şey bilsəydin qədrimi İndi ürəyim qayıt sözünə təslimdi Mən sevirəm əbədi səndəki əksimi İnan ki qoyduğun boşluq birdə çətin dolar Səninçün ikinci mən birdə çətin tapılar Və bəzən sənsizliyə ürəyim dözməsə də Bəlkə də gəl demərəm yoxluğuna dözməsəm də Bu da yəqin sondu sonu var hər nağılın Sən mənim tək qayıtmadığım limanım Mən səndən sonra bildim nəşənin dadını Adın dəyişməzdi sən mənim tək qadınım
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out