Lyrics

Hə... Kimə baxırsan bir rəvayət deyir Deyirəm, bəlkə bir rəvayət də mən deyim Amma mənim bu rəvayətim məhəbbətdən deyil Öz məhləmizdəndi Yəni dogulduğum məhlədən Və məhlədə kimdən də soruşsan Hamı sənə bir sözü deyəcək Həri dinləyin Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Doğulduğum məhlədə hamı bilir, sən də bil Bir tərəfi gül - çicək, bir tərəfi zir - zibil Bir tərəfi cənnət, bir tərəfi cəhənnəm Gəlib görənlər bilər, nə cürdü burda aləm Kimisi uçur balkondan, guya Fantomasdı Kim kimə mal satır, kim kimə mal atır (oooh) Kimisə, də qıznan gəzir, desinlər ki bazdı Kimisi ölür acından, acından hər gün yatır Kimisi gəzir Şessotda, guya qaqaşdır qaqaş Girəndə məhəlləyə tez axıdır göz yaş Birisi gəzir Nissanda, adını qoyub Gül Toto Əlinə pul düşən kimi, gündə oynayır loto Çoxdu bizim məhlədə, çoxdu dava salanlar Çoxdu, çoxdu, çoxdu, çoxdu, çoxdu buna baxanlar Acından ölən, kef edən, fərqi yoxdu düzü Kimə baxsan məhlədə, hamı deyir bir sözü Ay can alan candı bizim məhlədə, (məhlədə) Gündə toy - nişandı bizim məhlədə, (məhlədə) Bir gün, aclıq olar, kef olar O birisi gün nə aclıq, nə də ki kef olar Amma bizim məhlədə sevir hər kəs hər kəsi Batdı o insan vallah, incitsə bir kəsi Hami deyir bir sözü, sözləri bir yerdədi "Məhlə bizim məhlədir, qalan məhlə fəhlədir" Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Doğulduğum məhlədə hamı bilir, sən də bil Bir tərəfi gül - çicək, bir tərəfi zir - zibil Bir tərəfi cənnət, bir tərəfi cəhənnəm Gəlib görənlər bilər, nə cürdü burda aləm Girəndə məhəlləyə gözüm baxır hər yana (eyyy) Bu cür məhəlləmizdə, Vallah, gəlmişəm cana Birisi düşür məhəlləyə, birisi çıxır eyvana Kimi görürsə qışqırır: "Meyxanadır, meyxana!" Qonşumuz Əhməd dayı, səhər gedəndə işə Girəndə məhəlləyə, tez düşür təşvişə Maşın yoxdu yerində, sanki olub möcüzə Bir gecənin içində getdi gedər gəlməzə Kimisi əlində araq, kimisi əlində çaxır Kimisi də yazıq - yazıq, oturub içənlərə baxır Kimisi taksi şoferi, kimisi satır qatıq Başqa yol yox artıq! Lənətə gəlsin bu zaman, lənətə gəlsin görüm! Nə var - nə var yoxdu pul, qaçıb gedibdir gülüm Qaçıb gedibdir canım, gedibdir canım mənim Pulum yoxdu, tərk edib, gedib ceyranım mənim Eybi yoxdur, getsə də, tapmağa qızlar nə var? Yaxşı deyib o vaxtı, yaxşı deyib atalar "Ay bala, aclıq olsa da..." Yenə də kef elə, kef elə! Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan Kef elə!
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out