Music Video

Elvin Nasir - Gülüm (Ft Vüqar Biləcəri) (GÜL Kİ EY QÖNÇƏ DODAĞLIM)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Elvin Nesirov
Elvin Nesirov
Performer
COMPOSITION & LYRICS
Elvin Nasir
Elvin Nasir
Lyrics
Vüqar Biləcəri
Songwriter

Lyrics

Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm Mürği-dil boylanar hərdən qara xalın tərəfə Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm Gül ki ey qönçə dodağlım ki,baxım mən də gülüm Ürəyim şad olsun,gözümdə nəm gülsün Sənin ol gülüşlərin,cəhənnəmdə sərin sudur Gülümsə bircə dəfə,əhli cəhənnəm gülsün Yanağda qəmzələrin,sərxoş edir aşiqini Mənə eşqin şərabın süz,bu qərib,dəm gülsün Eşqidir Adəmi buğdayə tərəf sövq eləyən Gülümsə Həvva üçün ki,baxıb Adəm gülsün Mən ki,bir dünya yaratdım,içi insan doludur İstədim bəni Adəm,bir dəfəlik,cəm gülsün Sən demə hər biri eşqinlə doğulmuş cahana Gül ki,ey qönçə dodağlım,bütün aləm gülsün Yazdığım misralar,dostum olub yoxluğunda Gül ki ey qönçə dodağlım,mənə həmdəm gülsün Neçə pərvanələr də qeybə çəkilmiş deyəsən Bir dəfə eylə təbəssüm,əriyən şəm gülsün Təbibin dərmanı bezmiş,sinəmdə yarəmdən Nə olar,bircə dəfə gül ki,bu məlhəm gülsün Bu dünya qaranlığdır,dərdlərimin kölgəsindən Gülümsə,bütün dünya,mənimlə bahəm gülsün Bir adam nə qədər içər,eşq şərabın,tək başına? Eşqimin sahibi,gül,əlimdə badəm gülsün İçimdə alovlarımdır,gözümdə yaş tək axır Gül ki ey qönçə dodağlım,bu yanar qəm gülsün Mənə ilhamı verən Rəbbə şükürlər olsun Gül ki,ey qönçə dodağlım,belə mülhəm gülsün Yığışıb bütün duyğular eşqin matəminə Gülümsə,yas bitsin,qoy əhli-matəm gülsün Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm Mürği-dil boylanar hərdən qara xalın tərəfə Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm
Writer(s): Elvin Nasir, Vüqar Biləcəri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out