Lyrics

Mən istədim, səndən ayrı qalım Alınmır, əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır, əzizim, alınmır Pəncərədə ötür illər, mən həmin fəsildəyəm Hər ötən gün sənsiz keçən zülmətin içindəyəm Nə olardı, qayıdardıq o dəyərli günlərə? Ürəyim qaçır sənə, bir səs var, deyir mənə Olmaz artıq bizdən nəsə Biz sənlə qopduq ürəkdən Unutmuşam təbəssümün Ətrin qaçıbdır beynimdən Nə olardı, qayıtsaydıq o dəyərli günlərə? Ürəyim qaçır sənə, bir səs var, deyir mənə Mən istədim, səndən ayrı qalım Alınmır, əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır, əzizim, alınmır Pəncərədə ötür illər, mən həmin fəsildəyəm Görəsən nə qədər cəzam qalıb çəkilməyən? Cırıb atılmır ki, keçmiş adi bir şeir deyil ki Görəsən hansı söz qalıb deyilməyən? Bütün şeirlərimi döndərdim əlvidaya Bircə sənə dodağım heç vaxt tərpənmədi Bütün doğmalardan qaçmışam qaranlığa Bircə gözlərindən heç vaxt gizlənmədim Mən istədim, səndən ayrı qalım Alınmır əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır əzizim, alınmır Uzaq qalım Alınmır əzizim, alınmır Mən istədim, bizdən ayrı qalım Alınmır əzizim Alınmır
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out