Lyrics

Bu dünya fanidir, fani Bu dünyada qalan hanı? Davud qövmü, Süleymani, Taxt üstündən salan dünya Sənin bəhrən yeyən kimdir? Kiminkisən? Yiyən kimdir? Sənə doğru deyən kimdir? Yalan dünya, yalan dünya. Sənə doğru deyən kimdir? Yalan dünya, yalan dünya. Yalandı mərhəmətin, yalandı nəvazişin Yalandı keçmiş gələcək, yalandı hər bir işin Yalandı daşın torpağın, dənizin dağın yalan Sənin gülməyin yalan, ağlamağın yalan Xəyala dalan dünya, xarabə talan dünya Nə canlar alan dünya, haqqı da yalan dünya Başıma sığal çəkib yatızdırırsan əbədi Yoxmudur mərifətin, yoxmudur heç ədəbin Bəlkə də xəyali aləm, bəlkə də röyasan Sən həmin dünyasan, sən həmin dünyasan Sevgini mənnən alıb zillətlərə salan dünya Canları alan dünya, gerçəyi yalan dünya Yalanla haqla çağırdın, belə dəvətmi olar? Üstümə yağdı əzab, belə lənətmi olar? Sənə ləzzət dedilər, sənə cənnət dedilər Sonunda kəfən qəbir var, belə cənnətmi olar? Kimə əlvida deyib, kimlərə salam dünya Vidası ölüm və haqq, salamı yalan dünya Səni fərzanələr atdı, Qapıb divanələr tutdu. Səni fərzanələr atdı, Qapıb divanələr tutdu. Kimi aldı, kimi satdı, Satan dünya, alan dünya. Zalımın zülmü sənin, məzlumun ölümü sənin Və mənim var oluşum sənin ən gözəl ölüm əsərin Verdiyin zülmü çəkib gözlərimdən axmaq var Ətəyindən yapışan gör nə qədər axmaq var Torpağla gedən dünya, beşiklə gələn dünya Varlıdan dərdi alıb yoxsullara verən dünya Əvvəlcə dəyərdən salıb sonradan ucuz satdın Mən dünən cavan idim, dünya məni tez qocaltdın Sənə zəhmət demişəm sənə nifrət demişəm Səni bildim biləli mən sənə lənət demişəm Məzlumun canını alıb zalımlara qalan dünya Zülmünə halal dünya, ləzzəti haram dünya Yalandı həqiqətlər, yalandı insanlar Halbuki qəlbimiz təmizdi, pakdı deyir onlar Sənin eşqin də yalan, verdiyin qəm də yalan Dünya sən də yalan, dünya mən də yalan Gerçəyi yalan dünya Qatil cani dünya Tez bitən ani dünya Fanidir fani dünya Sənin bəhrən yeyən kimdir? Kiminkisən, yiyən kimdir? Sənə doğru deyən kimdir? Yalan dünya, yalan dünya. Sənə doğru deyən kimdir? Yalan dünya, yalan dünya.
Writer(s): Elvin Nasir Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out