Lyrics

Körpələrə beşik, gənclərə sirdaş Küçələr, döngələr sirlərlə dolu Gələcəyə gedən hər kəsə yoldaş Bakıdan keçəcək dünyaya yolun Abşeron bağları tarix kimidir Ağ-qara şanısı meynələrində İçərişəhəri qədimdən qədim Xəzər pıçıldayır hər səhərində Qara gecələri sehrli aləm Ruhumu oxşayır küləkləriylə Gözəl rəssam kimi əlində qələm Çox əsər yaradıb sevgiləriylə Bakı - sən ilk sevgim, son məhəbbətim Bakı, şəhərlərin ən gözəlisən Bakı, səndə tapdım öz qismətimi Mənimçün dünyanın möcüzəsisən Bakı - sən ilk sevgim, son məhəbbətim Bakı, şəhərlərin ən gözəlisən Bakı, səndə tapdım öz qismətimi Mənimçün dünyanın möcüzəsisən Payızı ecazkar, qışı nağıldır Yazı da, yayı da ana qucağı Unudulmazların izləri qaldı Bakı xatırladır doğma ocağı Abşeron bağları tarix kimidir Ağ-qara şanısı meynələrində İçərişəhəri qədimdən qədim Xəzər pıçıldayır hər səhərində Qara gecələri sehrli aləm Ruhumu oxşayır küləkləriylə Gözəl rəssam kimi əlində qələm Çox əsər yaradıb sevgiləriylə Bakı - sən ilk sevgim, son məhəbbətim Bakı, şəhərlərin ən gözəlisən Bakı, səndə tapdım öz qismətimi Mənimçün dünyanın möcüzəsisən Bakı - sən ilk sevgim, son məhəbbətim Bakı, şəhərlərin ən gözəlisən Bakı, səndə tapdım öz qismətimi Mənimçün dünyanın möcüzəsisən Mənimçün dünyanın möcüzəsisən Bakım, sən dünyanın möcüzəsisən
Writer(s): Xanim Qarayeva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out