Credits

PERFORMING ARTISTS
Xanım Ismayılqızı
Xanım Ismayılqızı
Performer
Lalə Məmmədova
Lalə Məmmədova
Performer
COMPOSITION & LYRICS
Xanım Ismayılqızı
Xanım Ismayılqızı
Composer
Nigar Hesenzade
Nigar Hesenzade
Songwriter
Salam Sarvan
Salam Sarvan
Songwriter
Mahir Ordubadi
Mahir Ordubadi
Arranger

Lyrics

Sənsiz keçən 30 il saçımızı ağartdı Ağır bir yükün altında qaldı kürəyimiz də Gözlərimiz kor oldu göz yaşının duzundan Lal quşlar yuvasını qurdu ürəyimizdə Əzablıydı dünyanı qolsuz qucaqlamaq da 44 gecə dualar elədik səs-səmirsiz Evindən-eşiyindən, əzizindən ayrılıb Böyük səfər dalınca getdi igidlərimiz Torpaq – oğul ətirli, vətən – ana nəfəsli 30 ilin qürubu dönüb olub dan yeri Zamanın qanatdığı milli yaddaşımızdan Silib təmizləmişik xəyanətkar izləri Sən, ey qəhrəman Şuşam Nəfəsindən öpürəm 30 ilin yükündən Azad olur bu kürək Bu gecə nəğmə deyir Qayıdışın eşqinə Və torpaq cavab verir Qayıdışın mübarək Şuşam Dünyamız əvvəlkitək fırlanır gecə-gündüz Var olsun bu uşaqlar, bu atalar, analar Varsa xilaf çıxmayan öz andına, əhdinə Demək, həqiqi insan yer üzündə hələ var İndi daha gözəldir göy üzündə mələklər Qardaşlarım yol alıb Tanrının hüzuruna Bu rəşadət işığı əsrlərlə çəkilməz Ölkəmin, şəhərimin üzərindən heç yana Sən, ey qəhrəman Şuşam Nəfəsindən öpürəm 30 ilin yükündən Azad olur bu kürək Bu gecə nəğmə deyir Qayıdışın eşqinə Və torpaq cavab verir Qayıdışın mübarək Şuşam Şuşam
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out