Lyrics

Baxıram bəzən keçmişə İllərin həsrətindəyəm Qədim, köhnə dalanların Yolların həsrətindəyəm O yollar məni aparaydı kaş Uşaqlıq çağlarıma Saf gülüşlərim qonaydı yenə Körpə dodaqlarıma O yollar məni aparaydı kaş Uşaqlıq çağlarıma Saf gülüşlərim qonaydı yenə Körpə dodaqlarıma Məktəb illəri, çiynimdə çanta Yelləyərək qolları Gedərdim səhər, gələrdim gündüz Hər gün eyni yolları Məktəb illəri, çiynimdə çanta Yelləyərək qolları Gedərdim səhər, gələrdim gündüz Hər gün eyni yolları Haradasan, ey uşaqlığım? Nə olar, qayıt mənə Toxunum sənə, sarılım sənə Böyüyüm səninlə yenə Haradasan, ey uşaqlığım? Nə olar, qayıt mənə Toxunum sənə, sarılım sənə Böyüyüm səninlə yenə Ürəyimdəki arzular Közərərdi hər gün tək-tək Belə tez ötüb keçməzdi Gözəl illər, aylar, gərək Ata qayğısı, ana laylası Bürünəydi qəlbimə Yadıma düşür həmən doğma ev Hər baxanda təqvimə Ata qayğısı, ana laylası Bürünəydi qəlbimə Yadıma düşür həmən doğma ev Hər baxanda təqvimə Bu yollar məni aparaydı kaş Uşaqlıq çağlarıma Saf gülüşlərim qonaydı yenə Körpə dodaqlarıma Bu yollar məni aparaydı kaş Uşaqlıq çağlarıma Saf gülüşlərim qonaydı yenə Körpə dodaqlarıma Haradasan, ey uşaqlığım? Nə olar, qayıt mənə Sarılım sənə, toxunum sənə Böyüyüm səninlə yenə Haradasan, ey uşaqlığım? Nə olar, qayıt mənə Toxunum sənə, sarılım sənə Böyüyüm səninlə yenə Sarılım sənə, toxunum sənə Böyüyüm səninlə yenə
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out