Lyrics

Azərbaycan – qayalarda bitən bir çiçək Azərbaycan – çiçəklərin içində qaya Mənim könlüm bu torpağı vəsf eyləyərək Azərbaycan dünyasından baxar dünyaya Mənim könlüm bu torpağı vəsf eyləyərək Azərbaycan dünyasından baxar dünyaya Azərbaycan mayası nur, qayəsi nur ki Hər daşından alov dilli ox ola bilər "Azərbaycan!" deyiləndə ayağa dur ki Füzulinin ürəyinə toxuna bilər "Azərbaycan!" deyiləndə ayağa dur ki Ana yurdun ürəyinə toxuna bilər Azərbaycanım – ruhum, həm canım Azərbaycanım – ruhum, həm canım Oğulları Kür gəzdirər biləklərində Oğulların göz atəşi gözəl əridir Azərbaycan səhərinin bəbəklərində Qütb ulduzu, dan ulduzu gözəlləridir Azərbaycan səhərinin bəbəklərində Qütb ulduzu, dan ulduzu gözəlləridir Azərbaycan mayası nur, qayəsi nur ki Hər daşından alov dilli ox ola bilər "Azərbaycan!" deyiləndə ayağa dur ki Füzulinin ürəyinə toxuna bilər "Azərbaycan!" deyiləndə ayağa dur ki Ana yurdun ürəyinə toxuna bilər Azərbaycanım – ruhum, həm canım Azərbaycanım – ruhum, həm canım İllər olub kürələrdə dəmir olmuşuq Sərhədlərdə dayanmışıq küləkdən ayıq Od gölündə, buz çölündə gəmi olmuşuq Biz Bakının ilk səadət carçılarıyıq Od gölündə, buz çölündə gəmi olmuşuq Biz Bakının ilk səadət carçılarıyıq Azərbaycan mayası nur, qayəsi nur ki Hər daşından alov dilli ox ola bilər "Azərbaycan!" deyiləndə ayağa dur ki Füzulinin ürəyinə toxuna bilər "Azərbaycan!" deyiləndə ayağa dur ki Ana yurdun ürəyinə toxuna bilər Azərbaycanım – ruhum, həm canım Azərbaycanım – ruhum, həm canım
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out