Lyrics

Ay kimi gizlənmə buludlarda Yoxsan, əzizim neçə müddətdir. Sən bir ümid ver, mənə şam boyda Baxmaram aləm qara zülmətdir. Sən bir ümid ver, mənə şam boyda Baxmaram aləm qara zülmətdir. Mən gecələrdən niyə qorxum ki Qorxudan onsuz ürəyim yaradır. Mən niyə qorxum ki, qaranlıqdan Taleyim ondan daha çox qaradır. Mən niyə qorxum ki, qaranlıqdan Taleyim ondan daha çox qaradır. Olsa da qəm, möhnət hücumda Yarım o imkanı yaratmaz. Kölgəsi durmuş başucumda O məni yatızdırmasa, yatmaz. Olsa da qəm, möhnət hücumda Yarım o imkanı yaratmaz. Kölgəsi durmuş başucumda O məni yatızdırmasa, yatmaz. Zülmün əlində məni tək qoyma Rəhm eləməz, gözdən axan yaşa o. Rəhm olar, ancaq yumşaq qəlbdə Səndə də çoxdandır dönüb daşa o. Rəhm olar, ancaq yumşaq qəlbdə Səndə isə çoxdandır dönüb daşa o. Gözdən axan yaş elə acizdir Bəlkə gəlib insafa yumşalasan. Yollarımın qurbanı gəl çıx ki, Dərdin əlindən məni tez alasan. Yollarımın qurbanı gəl çıx ki, Dərdin əlindən məni tez alasan. Olsa da qəm, möhnət hücumda Yarım o imkanı yaratmaz. Kölgəsi durmuş başucumda O məni yatızdırmasa, yatmaz. Olsa da qəm, möhnət hücumda Yarım o imkanı yaratmaz. Kölgəsi durmuş başucumda O məni yatızdırmasa, yatmaz.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out