Lyrics

Öldüm, ölümdən döndüm Dərdimi bilmədin amma Səni sevdim amma çox heyf Sən məni sevmədin amma Hər şey bir anlıq oldu Sevgimizi özün bitirdin Həyatım qaranlıq oldu Məni bir ömürlük itirdin Daha məni neynirsən sən? Həyatı puç olmuş biriyəm Güvənəcəyim adam yoxdur Mən unudulmuş biriyəm Daha məni neynirsən sən? Həyatı puç olmuş biriyəm Güvənəcəyim adam yoxdur Mən unudulmuş biriyəm Qəlbimi qırdın, zalım Axı sənə mən neyləmişəm? Heyf ki, gec başa düşdün Ömrümü məhv eyləmişəm Bəlkə də məndən ayrı Həyatın yenidən başlar Sənə axı verməz halallıq Gözümdən o axan yaşlar Daha məni neynirsən sən? Həyatı puç olmuş biriyəm Güvənəcəyim adam yoxdur Mən unudulmuş biriyəm Daha məni neynirsən sən? Həyatı puç olmuş biriyəm Güvənəcəyim adam yoxdur Mən unudulmuş biriyəm Sən mənə acılar verdin Belə olurmu sevən insan? Sənə bu sevgim haram olsun Həyatımı elədin zindan Tənha qalıb üzüləndə Kimlər çatacaq dadına? Rəsmlərimə baxacaqsan Mən onda düşəcəm yadına Daha məni neynirsən sən? Həyatı puç olmuş biriyəm Güvənəcəyim adam yoxdur Mən unudulmuş biriyəm Daha məni neynirsən sən? Həyatı puç olmuş biriyəm Güvənəcəyim adam yoxdur Mən unudulmuş biriyəm
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out