Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Orkhan Zeynalli
Orkhan Zeynalli
Performer
COMPOSITION & LYRICS
Orkhan Zeynalli
Orkhan Zeynalli
Songwriter
Nadir Huseynov
Nadir Huseynov
Songwriter
Nadeer Nəğdpul
Arranger
PRODUCTION & ENGINEERING
Orkhan Zeynalli
Orkhan Zeynalli
Producer
Nadeer Nəğdpul
Producer

Lyrics

Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir Nə qədər olar həssas damarlardan asılı qalmaq? Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq? Nə qədər olar həyatdan danışmaq, sən ölmüsənsə? Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq? Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq Yalan dediklərinin qabağında, bacarsan, düz dur Həyat verir, alır, elədiklərin qayıdır - bu düstur Səhnələr satılıb artıq, qələmə, kağıza yox ehtiyac Artıq hisslər də mahnılardan çoxdan edib merac Dəyişdikcə illərlə bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Keçir zaman, ölür dəyər, tək ümid mahnılara Bu düz, ya səhv, eləmir fərq, dərmansa ağrılara Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara Mən niyə yaxşı olum, əgər indiki insanlar Tapırsa ehtiras itəndə sevgi yataqlarda? Və bədənlər birləşdikcə unudulursa hisslər Niyə hisslərim saf olsun qələmlə qovuşduqca? Tapırsa cənnəti mələklər varlı axmaqlarda Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda? Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda İndi isə dost "витрин"də, satırıq antraktlarda Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orada Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda Yaxşı olub niyə pisə çevrilirik axırlarda? Görəsən, peşmandırmı Yaradan yuxarılarda? Bunları dərk etdim illərlə, mən də bezib susdum Kağızdakı bütün saf hissləri bir günə pozdum Yaraşmır qələmə səmimiyyət, insanda yoxsa əgər Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər? Dəyişdikcə illərlə bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Dəyişdikcə illərlə bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə susursa gözlər də Qalır mahnılar ancaq dillərdə
Writer(s): Nadir Huseynov, Orxan Zeynallı Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out