Lyrics

Yoxdu ömürdə böhtan, elə böhrandı Yoxdu ömürdə son hər şey doğulandı Sənsizlə boş qalmışam Səninlə yorulmuşam Heç vaxt oyanmayan hal o da oyandı Məndən sonra sən qalsan davam gözəldi Gözlər yagışla dolsa demək özəldi İllərin Yorğunuyam Sirrlərin yorğanıyam Bizim bu saf eşqimiz ölümdən əzəldi Sözümə inan balam sözümə inan Sözümdə nə quş var nə də ki ilan, Sözümə inan balam sözümə inan Sözümə inan balam sözümə inan Qanadları yalvaran dövranı viran Sözümə inan balam sözümə inan 2 İmanla sirdaşıyam ömrüm tufandı Gümanla həmyaşlıyam gözüm dumandı Kölgə ilə dostlaşmışam Döngəyə qoşulmuşam Tənhalıq sərhədində quyum zəhərdi Hardasan ey vərdişim həyatım hardasan Bu məktubu yolladım küləklə duyasan Yarpagla bir solmuşam Torpaqla bir olmuşam Bizim bu son zəngimiz ölümdən əzəldi
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out