Music Video

120
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Epi
Epi
Performer
COMPOSITION & LYRICS
Əkbər Novruzlu
Composer
akshinmusic
akshinmusic
Arranger
PRODUCTION & ENGINEERING
Epi
Epi
Producer

Lyrics

2020-ci il, sentyabrın 27-i "120" minaatan batareyasıyla Füzulinin Aşağı Kürdmahmudlu kəndindən döyüşə girmişik Bizlə axıra qədər döyüşüb geri dönməyən Bütün uşaqların xatirəsinə Bütün şəhidlərimizin xatirəsinə "120" ilə müharibəyə başladım Düşünürdük ki, təlimdir, baş qatır Mən əsgərin gözündə yaş tapıb Anladım, əsgərlik, müharibə başqadır Gülürdüm, yaşayanda anladım mən Yaraları qaşıyanda anladım Dərk eləmirdim harada olduğumu Sonra şəhid daşıyanda anladım Bir adam zəifdir, bir adam güclü Bu abu-havaya da bir aya düşdük Gəldiyimiz gün səhv yola girdik Maşında uşaqlar minaya düşdü Soyuqda, şaxtada necə dayanırdıq Zülmət qaranlıqda gecə dayanırdıq On nəfərə bir tikə əti bölürdük Amma doydum - deyirdik, biz ona inanırdıq Sanki o yağış da yağırdı mənə Mülkidən gəlirəm, ağırdır mənə Mərmidən üstümə tullanan zabit Ana əmanəti kimi baxırdı mənə Yaxınımda bombalar partlayırdı Yanımızda çox uşaqlar ağlayırdı Atırdıq, erməni ölürdü Sevincdən hamı bir-birin qucaqlayırdı Hamı ölümü belə yox sayırdı Sanki tanrı sınağa çəkib yoxlayırdı Torpağa getməyi gözləyən uşaqlar Hər gün torpaqda yuxulayırdı Qaçanlar yolların azdılar ki Bilə-bilə qəbrini qazdılar ki Soruşsan, tarixini bilməyən uşaqlar Elə bir tarix yazdılar ki! Xarıbülbül solmasaydı Bu ağır günlər olmasaydı Gözüm olanlara dolmasaydı Mənim yanımda uşaqlar olmasaydı Mən ölmüşdüm Sanki bunların hamısını Öncədən yuxumda görmüşdüm Çoxdan ölmüşdüm, mən ölmüşdüm Mən ölmüşdüm Hamı dua eləyəndə ümidin işıqları sönmüşdü Sanki bunların hamısını Öncədən yuxumda görmüşdüm Mən ölmüşdüm Mən ölmüşdüm Çoxdan ölmüşdüm, mən ölmüşdüm
Writer(s): əkbər Novruzlu Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out