Lyrics

Gecə düşür üstünə gözlərimin Yadıma salıram, onu qısqanıram Necə deyim ona darıxıram onsuz? Cəhd eləyirəm, özümlə bacarmıram İnanıram hələ də yalanlarına Çıx beynimdən, yalvarıram Nə olar gəlmə yuxularıma! Sevgimdən daha qorxuram mən İnanıram hələ də yalanlarına Çıx beynimdən yalvarıram Nə olar gəlmə yuxularıma Sevgimdən daha qorxuram mən Yadıma düşürsən mənim hərdən Alır o düşüncələr məni məndən Alıb ürəyini sənin əllərdən Dərd elədim özümə niyə illərlə? Yadıma düşürsən mənim hərdən Alır o düşüncələr məni məndən Alıb ürəyini sənin əllərdən Dərd elədim özümə niyə illərlə? Axı səninlə isinərdi donan bu ürək! Mən xəyallar içində dolanan şair, sənsə yalançı mələk Bu bizə tuzaq, bu bizə tələ Sənsiz ömür kimi dəqiqə mənə Unuduldu de, mənə geridə nələr? Dərddir bu sevgi bil hələ də mənə Bu bizə tuzaq, bu bizə tələ Sənsiz ömür kimi dəqiqə mənə Unuduldu de mənə geridə nələr? Dərddir bu sevgi bil hələ də mənə Deyiləm uzaq, deyiləm hələ Ya gəl barışaq, ya da getmə belə Vecimə deyil, amma getsən əgər De, sevgi dəyərmi bu getmələrə? Sən yadıma düşürsən mənim hərdən Alır o düşüncələr məni məndən Alıb ürəyini sənin əllərdən Dərd elədim özümə niyə illərlə? Yadıma düşürsən mənim hərdən Alır o düşüncələr məni məndən Alıb ürəyini sənin əllərdən Dərd elədim özümə niyə illərlə? Əvvəlcə salam, sevgi, istədin və yandırdın Bu küçədə heç nə bu gövdəni sənin qədər dayandırmır Göz yaşım qorxur məndən, gözümdən gizli damır Əzrailim artıq 3-ə 5 ildir verib istefanı Kişilik sərtdir küçədə, hər keçən elə dözmür inan İstəyir ordum olsun, hər bir bəndə təkdir burda Səninlə olanda mən yenə unutdum özümü bir an Oxumağı unutma, can, hər şey var məktubunda Bu küçədə yatanda mən saf yuxular dəmir idi Hər tində izlərin var, xatirələrə dəlil idi Oturduğun skamya mənə görə ən rahat yataq O getdiyin parklar mənim ən lüks evim idi Hədəfimə qaçdım, amma çatanda toxunmadım Həvəssiz ən dərində mən batanda boğulmadım Aldığım hədiyyəni qaytarma, götür halalın olsun Onsuz da hamısının pulunu atandan oğurladım Yazıram bu məktubda mən özümdən qaçmağımı O sevdiyin kralın mənə oğurluq taclarını Ölürdüm, biləsən deyə çəkirdim vicdan əzabı Çapıqlı əllərim sığallayanda saçlarını Mən adi küçə yazarı, amma sən şeirsən Hər şeyi bəxş edirsən Sənə bir pis, bir də yaxşı xəbər var, üzülmə Pis xəbər heç nəyim yoxdur, yaxşı isə hər şeyim sən Sən yadıma düşürsən mənim hərdən Alır o düşüncələr məni məndən Alıb ürəyini sənin əllərdən Dərd elədim özümə niyə illərlə? Yadıma düşürsən mənim hərdən Alır o düşüncələr məni məndən Alıb ürəyini sənin əllərdən Dərd elədim özümə niyə illərlə? İllərlə... İllərlə... İllərlə...
Writer(s): Məhəmməd Isgəndərov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out