Credits
PERFORMING ARTISTS
İradə İbrahimova
Performer
COMPOSITION & LYRICS
Vaqif Gərayzadə
Composer
İsmayıl Dadaşov
Songwriter
Lyrics
Dedin ki, ayrılaq, hər şeyi unudaq
Xatirələr dindi, oxundu varaq-varaq
Sinəmi dağladın, bizimçün ağladı
Bitən sevgimiz
Şirin-şəkər bir nağıl idi, sındı-dağıldı
Görüş yeri darıxır yenə
Şirin-şəkər bir nağıl idi, sındı-dağıldı
Sevgim gözlər səni dönə dönə
Əl çəkmir yaxamdan
Heç zaman bu hicran
Yandırır məni gülə-gülə
Ümidlər bu gün də yaşar hələ
Nə qəribə dünyadır
Bir ucu sevdadır
Arzular yandı, döndü külə
Ayrılaq indi gülə-gülə
Neyləyək, alınmadı
Küsüb bu dünyadan, gəl indi tək qalaq
O keçmiş sevgini səninlə unudaq
Neyləyək, bir yerdə o ötən günlərdə
Qalıb izimiz
Uzaq düşən günlər bir ada, deyək – Əlvida
Bir də çətin geriyə dönə
Xatirələr düşəcək yada sənsiz dünyada
Səni sevən ürək gözlər yenə
Əl çəkmir yaxamdan
Heç zaman bu hicran
Yandırır məni gülə-gülə
Ümidlər bu gün də yaşar hələ
Nə qəribə dünyadır
Bir ucu sevdadır
Arzular yandı, döndü külə
Ayrılaq indi gülə-gülə
Neyləyək, alınmadı
Şirin-şəkər bir nağıl idi, sındı-dağıldı
Görüş yeri darıxır yenə
Əl çəkmir yaxamdan
Heç zaman bu hicran
Yandırır məni gülə-gülə
Ümidlər bu gün də yaşar hələ
Nə qəribə dünyadır
Bir ucu sevdadır
Arzular yandı, döndü külə
Arzular yandı, döndü külə
Ümidlər bu gün də yaşar hələ
Nə qəribə dünyadır
Bir ucu sevdadır
Arzular yandı, döndü külə
Ayrılaq indi gülə-gülə
Neyləyək, alınmadı
Writer(s): Ismayıl Dadaşov, Vaqif Gərayzadə
Lyrics powered by www.musixmatch.com