Lyrics

Hamının balasını saxlasın Allah Balasız dünyanın ləzzəti yoxdur O kəsin qoy versin payını, inşallah Hər kimin hələ ki qisməti yoxdur Sən gələndə həyata Çiçək açdı arzumuz Ömrümə bəzək verən Bir yaraşıqdı bu qız Sən gələndə həyata Çiçək açdı arzumuz Ömrümə bəzək verən Bir yaraşıqdı bu qız Gülüşü zərif, gözü qara Saçı əsmər balanı Neyjən adlandırdıq Biz bu incə, tər balanı Gülüşü zərif, gözü qara Saçı əsmər balanı Neyjən adlandırdıq Biz bu incə, tər balanı Neyjənim, incə gülüm, tər çiçəyim Gözümün ağı-qarası, gül ləçəyim Adıtək incə olan gözəl qızım Neyjən, mənim günüm, ayım, ulduzum Neyjənim, incə gülüm, tər çiçəyim Gözümün ağı-qarası, gül ləçəyim Adıtək incə olan gözəl qızım Neyjən, mənim günüm, ayım, ulduzum Neyjəni hamı sevir, fərəh ilə dindirir O şirin cavabları, üzləri sevindirir Neyjəni hamı sevir, fərəh ilə dindirir O şirin cavabları, üzləri sevindirir Arabir uşaqlıq aləminə dönsə də xəyalı Özlüyündə yetkinləşib artıq ağlı, kamalı Arabir uşaqlıq aləminə dönsə də xəyalı Özlüyündə yetkinləşib artıq ağlı, kamalı Neyjənim, incə gülüm, tər çiçəyim Gözümün ağı-qarası, gül ləçəyim Adıtək incə olan gözəl qızım Neyjən, mənim günüm, ayım, ulduzum Neyjənim, incə gülüm, tər çiçəyim Gözümün ağı-qarası, gül ləçəyim Adıtək incə olan gözəl qızım Neyjən, mənim günüm, ayım, ulduzum Əvvəllər soruşardıq, cavab verir incə səsi Deyirdi, həkim olacaq, vardı uşaqlıq həvəsi Sonralar məktəbə, dərsə alışıb elm oxudu Bəzi işlərinə baxanda heç uşaqlıq yox idi Dünyanı dərk elədikcə tapdı özünə ixtisas Son qərara gəldi ki, olmalıyam hüquqşünas Gün keçir, ay dolanır, hamı yaman maraqlanır Görək, axır ki, bu qız hansı aləmə bağlanır Bu gözəl, şirin, kiçik qız böyüyüb şamil ola Nə qədər arzusu olsa hamısına nail ola Talehi yar ola ona bu yolda hər vaxtı Kaş, onun gül üzünə gültək açılsın baxtı Tanrı hər arzusunu kaş ki keçirsin həyata Nə qədər istəyi varsa, ona aləmdə çata Baxaraq fəxr eləyər ailəsi Neyjən qızına İncə bir tər çiçəyə, bəxtlərinin ulduzuna Neyjənim, incə gülüm, tər çiçəyim Gözümün ağı-qarası, gül ləçəyim Adıtək incə olan gözəl qızım Neyjən, mənim günüm, ayım, ulduzum Neyjənim, incə gülüm, tər çiçəyim Gözümün ağı-qarası, gül ləçəyim Adıtək incə olan gözəl qızım Neyjən, mənim günüm, ayım, ulduzum
Writer(s): Vüqar əbdülov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out