Lyrics

Yay gəldi, mən bağdayam Rayondayam, dağdayam İsti yay aylarında Şəhərdən uzaqdayam İsti yay aylarında Şəhərdən uzaqdayam Hər il mən bu təhərdə Rayondayam səfərdə Bu istidə şəhərdə Nə var kef-damaqdayam Canının qədrin bilir Qaçıb istidən gəlir Səhər çayda dincəlib Axşamı bulaqdayam Səhər çayda dincəlib Axşamı bulaqdayam Yay gəldi, mən bağdayam Rayondayam, dağdayam İsti yay aylarında Doğma Sumqayıtdayam İsti yay aylarında Doğma Sumqayıtdayam Almıram istini vecə Olursa olsun necə Dostlarımla hər gecə Bağda yığıncaqdayam Mən istidən qıraqda İsti məndən uzaqda Yay aylarında bağda Qubada, Nabrandayam Yay aylarında bağda Qubada, Nabrandayam Yay gəldi, mən bağdayam Rayondayam, dağdayam İsti yay aylarında Mərdəkanda bağdayam İsti yay aylarında Mərdəkanda bağdayam Dəniz ləzzəti bizdə Günəşdən özünü gözlə Gah sərin dənizdə Gah isti torpaqdayam Eylədikcə diqqəti Dalğaların söhbəti Ruha verir ləzzəti Gör nə gözəl çağdayam Ruha verir ləzzəti Gör nə gözəl çağdayam Yay gəldi, mən bağdayam Rayondayam, dağdayam İsti yay aylarında Bilgəhdə, Şabrandayam İsti yay aylarında Buzovnada bağdayam Zirədə, Qaladayam
Writer(s): Elmir Geraybeyli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out