Lyrics

Unut məni yubanma Çıxım gedim yadından Əsər də qalmasın qoy Bu sevginin dadından. Unut məni səhərlər Üfüq işıldayanda Yavaşca pəncərəndən Budaq xışıldayanda... Unut məni unut məni Bəsdi daha unut məni Ayrılığın rüzgarı sərt Əsdi daha unut məni... Unut məni son dəfə bir Yaxşılıq et unut məni Sən necə ki gəlmiş idin O cür də get unut məni... Unut məni günorta Külək günü əyəndə Divanda halsız halsız Kitab vərəqləyəndə Unut məni dünəndə Unut məni bu gündə Unut məni unut tamam Səhər günorta axşam...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out