Lyrics

Qapı bağlı qalıb... Bağlanıb eşqin qapısı üzümüzə Hey dolur həsrət yağışı gözümüzə Çəkdiyimiz ah bir əsən küləklər! Əsdi xəzan, soldu açan çiçəklər Səadətə yoxdur inam zərrəcə Həsrət ilə ömür edirik sadəcə Bağlıdır eşqin qapısı üzümüzə Axtarır məni külək Yalvarır sərin yağış Axtarır coşqun ürək Yalvarır, barış, barış Axtarır məni külək Yalvarır sərin yağış Dostum deyir: "qayıt"... Bir – birini sevmək idi şərtimiz Nə biləydik həsrət olar dərdimiz? Sanırdıq yaxındır vüsal dəmləri Gözləmədən həsrəti, dərd, qəmləri Biz çox acı həsrət ilə görüşdük Amansız fələyin feilinə düşdük Bağlıdır eşqin qapısı üzümüzə Axtarır məni külək Yalvarır sərin yağış Axtarır coşqun ürək Yalvarır, barış, barış Axtarır məni külək Yalvarır sərin yağış Qapı bağlı qalıb... Düşünmədik bir gün gələr ayrılıq Bağrımızı deşər, dələr ayrılıq Sevgi ilə aşıb - daşır qəlbimiz Vüsal arzusuyla coşur qəlbimiz Qalmayıbdır dözüm ayrılığımıza Səbəb budur bizim ayrılığımıza Bağlıdır eşqin qapısı üzümüzə Axtarır məni külək Yalvarır sərin yağış Axtarır coşqun ürək Yalvarır, barış, barış Axtarır məni külək Yalvarır sərin yağış Dostum deyir: "qayıt"... Həyat fani, ömür qısa, eşq yalan Əcəl amansızdır, verməyir aman Əgər məhəbbətlə sevirsə ürək Hicranı yaxın buraxmamaq gərək Biz o qədər bivəfa insanlarıq Acı həsrəti dadanda anlarıq Bağlıdır eşqin qapısı üzümüzə Axtarır məni külək Yalvarır sərin yağış Axtarır coşqun ürək Yalvarır, barış, barış Axtarır məni külək Yalvarır sərin yağış Bu həm bizim Ədalətin qapısıdır Həm də nakam məhəbbətin qapısıdır Çox aşiqlər bağlı qapı dalında Kərəm odda, Qeys Məcnun halında İndi nə sən Ədalət, nə mən Vüqar Həsrətin qapısına tapmırıq açar Bağlıdır eşqin qapısı üzümüzə Axtarır məni külək Yalvarır sərin yağış Axtarır coşqun ürək Yalvarır, barış, barış Axtarır məni külək Yalvarır sərin yağış
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out