Music Video

The Muraz — Sibir Qatarı (Rəsmi Audio)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
The Muraz
The Muraz
Performer
COMPOSITION & LYRICS
The Muraz
The Muraz
Songwriter
Denzel Dijkshoorn
Denzel Dijkshoorn
Composer

Lyrics

Son məktub, sözlər gəlmir ağlıma Yaş dolu gözlər amma sən ağlama Yaş olub hisslər, axır yanağıma Bu son məktubu saxlama At getsin yaşa öz həyatını Sil xatirələri, mənim adımı Sev başqa birini ol onun qadını Sevgi ilə böyüt övladını Yaş dolur, gözlər düşür yadıma İlk eşq, ilk öpüş dodaqlarıma Qaytarmaz yollar məni öz yarıma Sil göz yaşını ağlama Barmaqlar darardı zərif saçlarını Unut hər şeyi, unut baharı Dönüşü olmayan yerlərə aparır Yarını sibir qatarı Kaş gözündən axan yaş olaydım Qəlbə ölüm yox, sevgi dolaydı Bu soyuq qan qoxan zindanlar yerinə Kaş yenə o bağ olaydı Burda insan onlar üçün heçdir Qışı Azərbaycandakı kimi deyil Burda qış heç zaman keçmir Kimin yolda öldürdü sibir qatarı Koridorlar ölümə aparır Yalvaran insanlar və güllə səsləri Deyir çətin ki, biz geri qayıdarıq Güllələnmə vaxtı 20:00 tam Səni məndən alan dünya heç kimə verməz aman Unut hər şeyi və get yoluna Çalış səbr et bir də yorulma Yəqin dünyadan köçən ruhum, səmada Qovuşa biləcək öz yarına Ayaq səsləri, yəqin vaxtımdır Güllələnmə heç vaxt təxirə salınmır Bu son məktubumu adımdan çatdır barı Yarıma, sibir qatarı Yaş dolur, gözlər düşür yadıma İlk eşq, ilk öpüş dodaqlarıma Qaytarmaz yollar məni öz yarıma Sil göz yaşını ağlama Barmaqlar darardı zərif saçlarını Unut hər şeyi, unut baharı Dönüşü olmayan yerlərə aparır Yarını sibir qatarı
Writer(s): Denzel Dijkshoorn, Muraz Ismayılov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out