Lyrics

Əzəl gündən bu dünyada Sevinc, kədər qoşa olar Zaman atlı, biz - piyada Çətin çatıb, ötən olar Dünyanın gül bağçasında Köksü al-qan laləsi var Bahar ömrün xəzanında Ərşə qalxan naləsi var! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan, yalan dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan dünya! Dinib bəmdə, gah da zildə Quzutək mələdən sənsən Sultan olsaq əgər göydə Hökmünlə endirən sənsən Kimə cənnət, kimə dövran Kimiyə qəfəssən dünya Huri mələyi, dişi aslan Çarşablı iblissən, dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan, yalan dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqıi danan dünya!
Writer(s): Ilham Abdullayev, Səlim Həqqi Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out