Lyrics

İlk öncə təbəssüm gülüş Sonra gül al, hədiyyə elə, get tələsik görüş Bele bir-üç-beş davam edər Sonra bir gün də gəlib dəyər bura qədər (ha) Dağıdarsan qurduğun o xəyal evlərini Və bir il sonra eşidərsən evləniblər O vaxt "hər şeyinəm" deyən "heç nəyin" olur Bu da tək səni acıdan gerçəyin olur Var ayrılığa bir sıra bəhanələr Sən də gecə otur, ağla sabaha qədər Əşi boş ver, hər şey yolunda gedir O dəyişib həyatını, onun qoluna girir Heç tanımadan bilmədən gözlə yarı Amma bilə-bilə ki bu adam özgəyə yar Ona sərf edər, hamı bir səhv edər Deyib qancığın biri gəlib bir adamı məhv edər Elə birdən gələrlər Səni səndən edərlər Sən inanıb sevərsən Sonra səssiz gedərlər Elə birdən gələrlər Səni səndən edərlər Sən inanıb sevərsən Sonra səssiz gedərlər Çıx get, geridə qoy Amma götürdüyün qəlbi də yerinə qoy Get, sil, getsin bu yaddaşım Onsuz get-gedə getdikcə yadlaşırıq O əvvəlki sevgilər indi hardadır? Kimə baxsan elə hamı aldadır Deyin, günah hansı yardadır ki Gedilən yollar hamısı mı yarıdadır? Əl çatmaz hislər gələnə qədər Ya da qədrini bilməzlər gedənə qədər Var hələ nə qədər, mən bu günə qədər Heç sevgini görmədim ölənə qədər Bu ağrını tək çəkən deyil o yar Öncə söz verər, o sonra tək qoyar Ona da sərf edər, hamı səhv edər Deyib əclafın biri gəlib bir qadını məhv edər Elə birdən gələrlər Səni səndən edərlər Sən inanıb sevərsən Sonra səssiz gedərlər Elə birdən gələrlər Səni səndən edərlər Sən inanıb sevərsən Sonra səssiz gedərlər
Writer(s): Aslixan Abuchov Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out