Lyrics

İçimdəki adsız ağrı Rəngi mavi, biraz qatı Çəkir özünə, girən batır Əriyir, əriyir yoxa çıxıb Hisslərimi alır aparır İnsan darıxır, çox darıxır Niyə görmürsən ağrımı? Sus yetər danışma artıq. Sakitcə durub baxın İçim olub darmadağın, Yanar, durmadan yanar Beynim durğun, qəlbim yorğun Dilim solqun, üzüm solğun De, bitəcəkmi bu oyun? Yorğunluqdan yorulmuşam Buludlarım dönüb yağışa Hər yan mavi, başdan başa Niyə görmürsən ağrımı? Sus yetər danışma artıq. Sakitcə durub baxın İçim olub darmadağın, Yanar, durmadan yanar.
Writer(s): Nicat Gulmemmedov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out