Featured In

Credits

PERFORMING ARTISTS
PRoMete
PRoMete
Performer
COMPOSITION & LYRICS
Diamond Style
Diamond Style
Composer
Pərviz Isaqov
Songwriter
Orxan Həsənli
Songwriter

Lyrics

Çox şükür olsun sənə, Yaradan Bizi götürmədiyin üçün hələ aradan İllər uçur, unudulur köhnə yaralar Bilmirik, nə gözləyir bizi, harada Qaradan çıxa bilmirik, problemlər var Getdikcə insanlar dəyişkən, qəlblər dar Sən kömək ol, göstər nəyi necədir İstəsən, edərsən gündüz gecəni Nə edim mən, azalsın suallar? İçəridə artan sayda sual var Bilsəydim, Rövşən gələcək yanına Bir-iki sualı yollardım onunla Amma gecdir, həmişəki kimi gecdir Yoxdur yanımızda canımızdan biri İtirsək də, bu cür bütün ətrafımızı Şükür edirik görüb ayağımız altda yeri Yaşayıram həyatın İlin, ayın, saatın Dəyərini bilərək Bilirəm ki, bitəcək Ulu Tanrı, güc ver dizimə Çətin asan görünür gözümə Keçilməzləri keçirəm, illərdir İnanıb sənə və özümə İnam ağıl kimidir, işlətməkdicə paslanır Cəhənnəm mənzərəsiylə cənnətin terasları İnsan ömrü Tanrıdan şeytana şərtli alimentdir Həyat bir üzü qara, bir üzü transparan qradiyentdir Toxunmasa da olar, böyründən ötsün küləyi ölümün Adam qorxur istər-istəməz, bükür kürəyin Anlamırıq, nə qədər dəyəri var ki, hər nəfəsin Nə qədər itki olsa da, azaltmır yaşam həvəsin Bəyaz ebruli kağız üstə naxış içindəyəm Eşq səmada qara buluddur, mənsə yağış içindəyəm Anlayanda yazıram alın yazımı, özümə güvənim artdı Mən işlədikcə Tanrı önümə çoxlu yollar açdı 4 yolun da hər birində çıxılmaz 4 dalan Həyat faytonunda çapır ayqır atların 4 nala Tiranlara da qalmadısa dünya, kiməsə qalmaz Bu dünyanın ahı o dünyaya qalmaz Yaşayıram həyatın İlin, ayın, saatın Dəyərini bilərək Bilirəm ki, bitəcək Ulu Tanrı, güc ver dizimə Çətin asan görünür gözümə Keçilməzləri keçirəm, illərdir İnanıb sənə və özümə Nələri qazanmaqçün nələri itirmək gərək? Başı çiyin üstündə haralaracan gətirmək gərək? Mənikimilər bir az lənətlənmiş kimilərdir Fərqli fikirli boz məhlul, fərqli ritmli ürək Yerə dəyənəcən kürək həyatla burun-burun Gecələr yuxularda kimlərdir qonağı şüurun? Nə qədər çətinlik var, gələrik öhdəsindən Çətini yuxudan oyanmaqdır, üzümə bir az su vurun Onsuz da həyat vurduğun vurub, tükənməkdə güc ehtiyatım Və mən bir yer axtarıram ki, başımı atıb yatım 36 yaşında sanki keçib 70 il Baxmıram, sol qolumda sadə bəzəkdir saatım Tanıdım bu illərdə həyatın hər üzün Və mənimçün artıq itki deyil hüzn Uzağı görmək çətinləşir ildən-ilə Mənanı görmək öyrənir bu cüt gözüm Yaşayıram həyatın İlin, ayın, saatın Dəyərini bilərək Bilirəm ki, bitəcək Ulu Tanrı, güc ver dizimə Çətin asan görünür gözümə Keçilməzləri keçirəm, illərdir İnanıb sənə və özümə
Writer(s): Diamond Style, Orxan Həsənli, Pərviz Isaqov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out