Top Songs By Haci Zahir Mirzevi
Similar Songs
Credits
PERFORMING ARTISTS
Zahir Mirzəyev
Performer
COMPOSITION & LYRICS
Zahir Mirzəyev
Composer
Muhemmed Rza Vilayi
Songwriter
Lyrics
Ya Əli Heydər
Ya Əli Heydər
Allah, Allah, nə səfalı, nə gözəl xəlq olunubdur Əsədullah Əli
Gündən işıq, mah Əli
Qəlblərə şah Əli
Yer bəşər, göydə mələk, külli fələk
Aşiq ürək baş-başa bahəm oxuyurlar
Vəliyullah Əli
Seyri-iləllah Əli
Cənnətə dərgah Əli
Şə'ni Yədullah Əli
Qeyrətə izah Əli
Başdan ayağa şərəfü cah Əli
Rəcəbin on üçün açdı gözünü Kə'bədə Allahın evində
Elə bil Kə'bə sədəfdi bu da bir gövhərə var
Bənzəri gün misli şaxır mahın evində
Nə əsalət, nə səlabət
Nə nəcabət, nə şərafətli cəlalət
Gülə bənzər adı Heydər
Hamı yeksər bunu səslər
Əli Ya Əli Heydər
Əli Ya Əli Heydər
Bu əmirəl-üməradır
Bu Əli şiri-Xudadır
Adına şiə fədadır
Nə bəşərdir nə Xuda
Nuri-hüda, şəmsi-züha, xəlqə Ağa
Sirri-nihan, cani-cəhan, kəhfi-əman
Miri-üməm, fəxri-əcəm, şahi-ərəb
Gəlib mahi-rəcəb
Yeksərə dünyayə dolub şuru tərəb
Nuri-əzəl, adı gözəl, şahi-cəməl
Məqdəminə can ola qurban
Əli Əli, Əli Əli
Əli Əli, Əli Əli
Aləmi, Adəmi həyətdəyl qoyub nuri-cəmali
Hanı dünyadə misali
Ucadır şə'nü cəlali
Bir adı Saqiyi-Kövsər
Bir adı Fatehi-Xeybər
Yaranıb paku mütəhhər
Üzü gündən də münəvvər
Düzülübdü səfə görsünlər üzün bəlkə mələklər
Belə bir ay gələ bilməz
Nə qədər vardı bu dünya buna bir tay gələ bilməz
Deyərəm ta nəfəsim var nə səsim var
Ki, Əlindən sora aləmdə mənim hansı kəsim var
Bu o Mövladı ki Mərhəbləri meydanda yıxıbdı
Bu fəqət Xətmi-Rüsül çiyninə sındırmağa bütləri çıxıbdı
Budu Xeybər qapısın cəngdə bir əlli açıbdı
Nə qədər adlı dilavər bunu meydanda görən vəqtə həras ilə qaçıbdı
Bu şəhamət bu şücaət
Bu rəşadət bu səlabət
La fəta şahı Əli ibni Əbu Talibə tək nisbəti vardı
Nə şəxsiyyəti vardı!
Əcəb qeyrəti vardı!
Buna şayəstədi vallah ola peyğəmbərə naib
Oxuram Nadi-Əli ibni Əbu Talib u sultani-əcaib
Özü, oğlanları hər şiələrin sərvərü şahi
Qiyamətdə olar püştü pənahi
Əlidir mənə Sərvər
Əlidir mənə dilbər
Əlidir mənə rəhbər
Əli nəfsi-peyəmbər
Əli Ya Əli Heydər
Əli Ya Əli Heydər
Əli Ya Əli Heydər
Əli Ya Əli Heydər
Lyrics powered by www.musixmatch.com