Lyrics

Çayçıya getmişdik, Qeybətin etmişdik. Acı söz demişdik, Guya ki, sevmişdik. Başqa nə etmişdik ki, Bağışla bizi, Vətən. Nə qədər çirklənsən də, Arıqlayıb kökəlsən də, Yıxılsan da, dikəlsən də, Alışsan da, sönsən də, Gözdən düşməzsən ki, Yenə də gözəlsən, Vətən Ən VƏTƏN məhz buradır, Ən VƏTƏN çox doğmadır. Ən VƏTƏN biz gəlirik, Gör nə vaxtdır gözləyirik. Ağlımızla öyünmüşdük, Tərəflərə bölünmüşdük. Beynimizi doldurmuşduq, Özümüzü unutmuşduq. Sənsiz ölməmişik ki, Bağışla bizi, Vətən. Amma hara getsək də, Yadları tərif etsək də. Dayanmadan deyinsək də, Çox içsək də, az yesək də. Çıxara bilmərik ki, İçimizdəki səni. Ən VƏTƏN məhz buradır, Ən VƏTƏN çox doğmadır. Ən VƏTƏN biz gəlirik, Gör nə vaxtdır gözləyirik. Ən VƏTƏN məhz buradır, Ən Vətən çox doğmadır.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out