Lyrics

Gözlərində açılır bu millətin səhəri Sənin adınla bağlı bu xalqin hər zəfəri Qədəmin dəyən yerdə səhralarda gül açır Gülüstana çevrilir yurdun kəndi, şəhəri Günəş doğur elə bil, harada çəkilir adın Dosta fəxarət gəlir, gözü kor olur yadın "Azərbaycan" deyəndə səni düşünürük biz Azadlığa inamı xalqa sən bağışladın Sən elə bir zirvəsən Küləklər neyləyəcək? Dünənim, bu günümsən Səninlədir gələcək Nə qədər Azərbaycan Nə qədər bu millət var Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək! Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək! Sən bu çətin zamanda - gücümüz-qüvvətimiz Sən bizim bu dünyada ən böyük sərvətimiz! Millətin imzası var imzaların içində Sənə halaldır, halal ülvi məhəbbətimiz! Sən bu çətin zamanda - gücümüz-qüvvətimiz Sən bizim bu dünyada ən böyük sərvətimiz! Millətin imzası var imzaların içində Sənə halaldır, halal ülvi məhəbbətimiz! Sən elə bir zirvəsən Küləklər neyləyəcək? Dünənim, bu günümsən Səninlədir gələcək Nə qədər Azərbaycan Nə qədər bu millət var Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək! Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək! Sən elə bir zirvəsən Küləklər neyləyəcək? Dünənim, bu günümsən Səninlədir gələcək Nə qədər Azərbaycan Nə qədər bu millət var Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək! Heydər xalqım deyəcək Xalq Heydər söyləyəcək!
Writer(s): Baba Vəziroğlu, Kamal Kamal Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out