Lyrics

Bu gün ad günüdür, sənin ad günün Bu gün ad günüdür, sənin ad günün Adınla bərabər ucalasan sən Bu adı hədiyyə vermişik sənə Bu adı hədiyyə vermişik sənə İstərəm, həyatta ad alasan sən İstərəm, həyatta ad alasan sən Bülbül cəh-cəh vurub oxumazdımı? Ona bülbül adı qoyulmasaydı Bülbül cəh-cəh vurub oxumazdımı? Ona bülbül adı qoyulmasaydı Gül bu qədər gözəl qoxumazdımı? Gül bu qədər gözəl qoxumazdımı? Məgər onun adı gül olmasaydı Məgər onun adı gül olmasaydı Adına min belə məclis qurulsun Adına min belə məclis qurulsun Qoy bu həyat sənə imtahan olsun Ömür gülə-gülə qoy başa dolsun Ömür gülə-gülə qoy başa dolsun Arzudan, əməldən kam alasan sən Arzudan, əməldən kam alasan sən Kim deyir, bu ömür boş bir xəyaldır? Adı da, sanı da əməl ucaldır Kim deyir, bu ömür boş bir xəyaldır? Adı da, sanı da əməl ucaldır Ad səni qaldırmaz, sən adı qaldır Ad səni qaldırmaz, sən adı qaldır İstərəm, şərəflə qocalasan sən İstərəm, şərəflə qocalasan sən
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out