Lyrics

Mən bulaqtək quruyub, Sən gül kimi solaydın. Gərək ya mən öləydim, Ya sən dəli olaydın... O sevgi yuxu idi, Gərək ayılmayaydıq. Biz elə görüşmüşdük, Belə ayrılmayaydıq. Görən, kim gecikibdir, Görən kim tələsibdir?! Vüqarımız dağ olub, Yolumuzu kəsibdir. Yalanınla ömrümdə, Ömür boyu qalansan. Nə mən yaddan çıxanam, Nə sən unudulansan ... O sevgi yuxu idi, Gərək ayılmayaydıq. Biz elə görüşmüşdük, Belə ayrılmayaydıq. Görən, kim gecikibdir, Görən kim tələsibdir?! Vüqarımız dağ olub, Yolumuzu kəsibdir.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out