Top Songs By Rəssam
Credits
PERFORMING ARTISTS
Rəssam
Performer
MadTeen
Performer
Elvin Həsənov
Rap
Metin Huseynzade
Lead Vocals
COMPOSITION & LYRICS
Elvin Həsənov
Songwriter
PRODUCTION & ENGINEERING
producerX
Producer
Elvin Həsənov
Mixing Engineer
Lyrics
Uğur yatmır, uğur sönmür, uğur küpdür!
İdeyam var, ideya qızıldır, ideya yükdür!
Sənin üçün də var, mənim üçün də var, içimizdədir!
Qaldır özünü bir dəfə ayağa, gör hansı rəngdədir bax, qalx!
Uduzan bilər, necə dəyərlidir zirvə dağ
Ən səfeh fikirdir getdiyin yoldan qayıtmaq
Çətin mühit gücümün xeyrinədir
Uğurlu olmaq bəxtimlə bağlı deyil bro, şəxsi seçimimdir!
Qulaqlarını bağla, spontan fikirlərini dinlə
Qəlbinin kin qapısını bağla, yalnız hirs tərəfini dinlə
İnanmayacaqlar, ayağından dartacaqlar yenə
Qınayacaqlar, kiçildəcəklər səni hər fürsətdə!
Öz eqonu yüksəlt, iradənə hakim ol
Disiplin, əqidənə, beyninə yatırım qoy!
Adekvat olmağı öyrədən sistem yalnışdır
Harada qalmışdıq? Dur!
Mən aşmalıyam sərhədləri, cizgiləri
Var gücümlə, hər şeyə inad
Önümdə duran ən çətin maneələri
Hər kəsə misal, hər şeyə inad!
Mən qalxmalıyam pillələri, zirvələri
Var gücümlə, hər şeyə inad
Səndən heçnə olmaz deyən o sifətləri
Hər kəsə sübut, özümə inad!
Ən böyük risk, risk edə bilməməkdədir (Qalx!)
Ən böyük qorxu, keçmişini ata bilməməkdədir (Qalx!)
Mübarizədir, müharibədir, sonu zəfərdir (Qalx!)
Uğur, əqidə, həm xarakter, həm hünərdir!
Dəlisiyəm yolumun, dəlinin rəqibi olmur
Sosial fikirlərin, mənim üçün heç bir önəmi yoxdur
Adımı daşıyıram, öz başıma güvənim çoxdur
Uğura güvənim çoxdur, özümə güvənim çoxdur!
Mən aşmalıyam sərhədləri, cizgiləri
Var gücümlə, hər şeyə inad
Önümdə duran ən çətin maneələri
Hər kəsə misal, hər şeyə inad!
Mən qalxmalıyam pillələri, zirvələri
Var gücümlə, hər şeyə inad
Səndən heçnə olmaz deyən o sifətləri
Hər kəsə sübut, özümə inad!
Mən aşmışam özümü keçərək sərhədləri
Var gücüm mənim, uğura acam
Önümdə durən ən çətin maneələri
Sındırmışam, yol açıq mənə
Lyrics powered by www.musixmatch.com