Credits

PERFORMING ARTISTS
F'rhyme
F'rhyme
Performer
COMPOSITION & LYRICS
Emil Quliyev
Emil Quliyev
Composer
Fikrət Tağıyev
Songwriter

Lyrics

Oyandım, durdum, oturdum, üşüdüm və düşündüm Bu gün dünənkinin eynisini yaşamaq üçün Çox münasib gündür (Fuck it!) Girdim, oturdum, süzdüm, vurdum, qusdum, durdum Və oradakı cəsur adamı yoxlamaq üçün Qapının dəstəyini burdum Səhvən açdım və qaçdı Növbəti kadr: F'Rhyme çevrilir barda "Venom"a Kölə oluram "alter ego"ma Mən deyirəm: "Yenə süz", barmen deyir: "Yenə siz?" Bəlkə, az içmək üçün Mənə sağlamlıqdan daha tutarlı arqument verəsiz? One shot, two shot, three shot, four shot Və abort olur içimdəki o uşaq Damarlarımla qovuşan yüksək promil Məsuliyyət hissim sağollaşmadan gedir Geriyə qalan düzənsiz yuxu, güvənsiz ulğum Etibarsız çənə və arqo ilə iltihablı dil Poxu istəmir indi, məktəb vaxtı saf Utancaq münasibətdə bəxtsiz biri idim Əsirdim tir-tir, tam da şpaqat açanda Bakirəliyi pozulan qızların "boyfriend"i olacaq bir tip idim, ha-ha Sabitəm "pi" qədər, sakitəm bir qədər Dindirməsəm, dinmərəm Ənənəvi olaraq nahardan sonra Beynim dəvət mesajı atır ən sadiq miqrenə Bəlkə, yazdığım sətirlər mumyaladı keçmişimi Və bir yaşımdan danışıram, deyə mumlamağı seçmişəm Əbədi susmağı, məni düz tanı Məncə, susmağın özü elə ən səs-küylü halıdır üsyanın (Ye-ah) F'Rhyme özünü burada tapmır 7-24 durmadan işləyən bu adamlar necə gülür axı? Ekonomik çöküş, avamlar zatən sabah Doğacaq Günəşi qarantiyaya almaq üçün neçə gündür, yatmır Bu bataqlıqda batdıq, hər tərəf yosunlu F'Rhyme-ın kimisə sevməyi müvəqqəti hormonal pozuntu Mənə çatmır, istedad kəşfdir, ya icaddır? Yenə solumda ağrı, yazdığım hər sətir Solumdakı ağrının tərcümeyi-halı Elə bilirdiz, pik onlardır, çarxı dönürdüm Birinci F'Rhyme'ı yaratdım, sonra bütün ikonlarımı öldürdüm Oyandım, durdum, oturdum, üşüdüm və düşündüm Bu gün dünənkinin eynisini yaşamaq üçün Çox münasib gündür, ah, ah Girdim, oturdum, süzdüm, vurdum Qusdum, durdum (Aaaah!) Və oradakı cəsur adamı yoxlamaq üçün Qapının dəstəyini burdum Səhvən açdım və qaçdı
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out