Music Video

Featured In

Credits

COMPOSITION & LYRICS
Elkhan Zeynalli
Elkhan Zeynalli
Songwriter

Lyrics

Əgər bütün yollar aparırsa sonsuzluğa, uçurumlar dibinə Mən qayıdıram geriyə Əgər "gələcək" dedikləri gətirəcəksə özü ilə bir xeyir, iki şər Mən qayıdıram keçmişə Əgər dəvət elədikləri "yeni cəsur dünya"da biz kölgə və özgə Mən qayıdıram evimə Əgər yalan və qorxu ilə toxunmuş təbəssümü tikəcəklərsə üzümə Mən qayıdıram özümə Mən dönürəm özümə, özümə Mən dönürəm düzümə, düzümə Çıxaram Çənlibelimin izinə Ben dönerim özüme, özüme Ben dönerim yüzüme, sözüme Giderim doğrularımın peşine Əgər kəlimələrinin anlamı qarışıq, yarı düz, yarı yalan "yenisöyləm" Qayıdıram ana dilimə Dəyər verdikləri xarici görünüş, var-dövlət, əlvan əlbisələr Bürünürəm sümüyümə, dərimə Əgər qaldırdıqları uca zirvədə alçaq adamlar, əcaib cinlər Diyarından enirəm düzümə Əgər zəngin birliklərinə qoşulmağın əvəzi itirilmiş mənliklər Lazım deyil, mən yetərəm özümə Mən dönürəm özümə, özümə Mən dönürəm düzümə, düzümə Çıxaram Çənlibelimin izinə Ben dönerim özüme, özüme Ben dönerim yüzüme, sözüme Giderim doğrularımın peşine Mən qayıdıram özümə Yalanlardan doğruma, düzümə Çıxaram Çənlibelimin izinə
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out