Lyrics

Cavan yaşımda bir qıza vuruldum yaman Onu düşündüm təkcə onu mən hər zaman Görüşməyən günü qalırdım ondan nigaran O, mənim yuxusuz gecələrim oldu Bir möcüzə idi, rast gəldim bu gün mən sənə Sakit gecə idi, ulduzlar baxırdı mənə O qara gözlərin yandırdı qəlbimi yenə Səni gördüm, oldum mən dəli-divanə Könül eşqin yolunda alışsın gərək Hər bir əziyyətinə barışsın gərək Könül eşqin yolunda alışsın gərək Hər bir əziyyətinə barışsın gərək Bu sevgi bir həyatdır, xoş arzular oyatdı Yolunu gözləyirəm, bəlkə qayıtdın Onunla eşqin dənizində üzə-üzə Necə mənalı görünürdü həyat bizə Etdiyi nazlara, işvələrə dözə-dözə O qız mənim ağlımı başımdan aldı Bir gün nəhayət, istədim sevirəm deyəm İtirdim özümü, ağzımda dolaşdı dilim Elə çaşdım ki, mən dilim-dilim olsun dilim O qız mənə o ki var ürəkdən güldü Könül eşqin yolunda alışsın gərək Hər bir əziyyətinə barışsın gərək Könül eşqin yolunda alışsın gərək Hər bir əziyyətinə barışsın gərək Bu sevgi bir həyatdır, xoş arzular oyatdı Yolunu gözləyirəm, bəlkə qayıtdın Bir möcüzə idi, bu nə bəla idi? Rast gəldim bu gün mən sənə Sakit gecə idi, ulduzlar baxırdı mənə O qara gözlərin yandırdı qəlbimi yenə Səni gördüm, oldum mən dəli-divanə Bir möcüzə idi, rast gəldim bu gün mən sənə Sakit gecə idi, ulduzlar baxırdı mənə O qara gözlərin yandırdı qəlbimi yenə Səni gördüm oldum mən dəli-divanə Səni gördüm oldum mən dəli-divanə Səni gördüm oldum mən dəli-divanə
Writer(s): Anar Məmmədov, Asif Rzayev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out