Lyrics

Məndən uzaqsan göydəki Aytək, ulduzlartək Sənsiz tənhayam, getmisən, gülüm, qalmışam tək Söylə, bu hicran hələ çoxmu çəkəcək? Demə, demə ki, mən bilmirəm, yarım, bilirsən Hicranı gəl unudaq Ömrü birgə yaşayaq Sən yarpaq ol Mənsə göy budaq Gün gələr, sən gələrsən Günəşdən yar dilərsən Bu sevginin qədrini bilərsən Bilərsən O gözəl adın bəxtimə yazılıbdır mənim Şirin gülüşün çiçəkli bir yaz olub sənin Sevgin də, gülüm, işvə, naz olub sənin Haçan bu işvələr tükənər, tək sən bilirsən Hicranı gəl unudaq Ömrü birgə yaşayaq Sən yarpaq ol Mənsə göy budaq Gün gələr, sən gələrsən Günəşdən yar dilərsən Bu sevginin qədrini bilərsən Bilərsən Hicranı gəl unudaq Ömrü birgə yaşayaq Sən yarpaq ol Mənsə göy budaq Gün gələr, sən gələrsən Günəşdən yar dilərsən Bu sevginin qədrini bilərsən Hicranı gəl unudaq Ömrü birgə yaşayaq Sən yarpaq ol Mənsə göy budaq Gün gələr, sən gələrsən Günəşdən yar dilərsən Bu sevginin qədrini bilərsən Bilərsən
Writer(s): çingiz əlioğlu, Mikayıl Vəkilov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out