Music Video

BadClause ft. Lakonik — LeCiel (Rəsmi Audio)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Badclause
Badclause
Rap
COMPOSITION & LYRICS
Mehmet Çetin
Mehmet Çetin
Songwriter

Lyrics

Yadında qalmadım mən Otağımdan səsin kəsilib, xeyrə yatmadım mən Üzün varsa de haçan imdadına çatmadım mәn? Başqalarını sənlə aldatdım, səni aldatmadım mən Heç kim qarışa bilmir, illәrdir ki, yalan yazıram Gözümdә müqәddәsliyinlә seçilmişdin heyif Canımdan gedәni deyil, mәn sәndәn qalanı yazıram Hislәrin mәscidindә son tövbәdә etdin eyib Çılpaq baxışlarla әlbisәlәr toxudum sәnә Yaşatdığın hәr sәhnә, qüsur, yoxsa qürurdurmu? Nәfәsim sәndә qaldı, kimsәsizlik qoxuram yenә Atdığım antidepresanlar səni unutdurur Vәziyyәt qәlizdir, daha saqqalımdan әtrin gәlmir Sәbәbi sәnsәn deyә yarım olmaq belә xoşdur "O, mәnlә ciddi fikirlәşir", - dedin sәndәn fәrqli Üstündәn 2 il keçib üzük barmağınsa boşdur Həyatın tozlu pəncərəsinə gərəksizdir pərdə Sən məni cənnətə həsrət qoydun, "gül" deyəndə Vərəqdə ölümsüzsən, səni qələm öldürməyəndə Sübh çağı gözəldir günəş, ulduzlar sönməyəndə Hislərim ölməyəndə şeirimin ünvanı dəyişmir Dedilər xoşbəxtdir o, yaxşı ahu-zarı nə işdir? Yalanlarla dəyişdi hər anı gəlişinin Baxışın yenə gözəldir, amma bir o əmmanı dəyişdir Səbəbi olmadığım gülüşlərlə necə rahat yatar o? Eşqi dәrk edәrsә, bütün deyimlәr batar Sevilәr hәr halıyla, sevilәr eyiblәrlә yar İnsanlarda olmayan səmimiyyət şeirlərdə var Yadımda dün qalmısan təqvimimdə illər öncədə Misram xoş deyil, axı baxışlarını nədir gülümsədən? İçindəki o yalan hissidir qəlbi ürpədən Gözündən yaş süzülüncə yox, yanıma mən ölüncə gəl Gedirsən... Ayağında bir səs... Görürəm, izlərində palçıq olub qalıb bir kəs Yağış ki, yağmır ilahi yanaqlarım niyə yaş? Nə gəzir bir qadın bəyaz libasda gözlərimdə? Axı mən qara geyimdə ötürdüm onu son görüşdə O süveydası qəlbimin, bəyaz görünüşdə O bilir, getsə, bu qapı taybatay açıq qalacaq Qışın oğlan çağıdır, o bilir, getsə, ciyər vərəm olar Bədən sətəlcəm, o bilir, aşiq olan kəs - mən Ölmərəm vərəmdən, ona görə rahatdır qəlbi O bilir, soyuqdan ölsəm də, qapını örtmərəm mən Çün şaxtanı yaşadım mən, o mənə gecəni göstərəndə İlahi, nə cür gecədir bu? Ağ tavana baxır gözüm Hanı bəs həmişə sərxoş olduğum o dəniz gözü? İlahi, boğuldum bir qaşıq suda bə' nə cür üzüm? Bə' gedən ayaqların əlini tutmağa gələrmi üzüm? Bir daha... bir bahar ahı tutdu körpə gülün dərdiyimdə Hər şeyi buraxdım axı mən hər özümə gəldiyimdə İlahi, bu nə cür bir möcüzədir? Siyahlarla ötürdüyüm bəyazlarla gözlərimdə İndi axır göstərişlə gözlərimdən Sanki haqq edib qalıb o qadın hər şeyiylə əzbərimdə Qadınım tək o olar övlad əgər dərd-sərimsə Nə gəzir bir qadın bəyaz libasda dərd-sərimdə? Ahəstə axır zaman, gəlir ayağından bir səs Dönmərəm boş yerə, qalmasın açıq qapımız deyir Mən sənə layiq olmadım, gedirəm görmə deyir Məni bir daha öpmə deyir, öl deyir, amma görməyim deyir Qara paltarda o kəsin ayaqları Qızarıb yanaqlarım bu qış günündə istidən Bilirsən axı sən, aşiq olan sazın siminə baxmaz Bir vurar simə və iki oxuyar, o simsə könlü deşər Birincidən gəldiyindən ilhamı, islanıb yanaqlarım Çün qırılır hər an başqa nöqtədən budaqlarım Gözümdə yuyub sərdiyim öpüb qucaqladığım Mənə qadınımdan təkcə qara paltar qalıb Sənsiz ölərəm deyirdim, ölmədim əfv et, amma Bir dadı qalmayıb onsuz qəhvənin də sənsiz Bağışla, sənsiz ölərəm deyə zənn edirdim Bəlkə də öldüm, heç yaşamadan da kəfənsiz
Writer(s): Mehmet çetin Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out