Lyrics

Bir gün vurulursan, həyatın dəyişir Ağlın tərk edincə qalır hər işin yarımçıq Bir həyat, bir oyun, bir dərs Davamlı üzüntü gəlir, sevgi tez bitərsə Və hər səhər sevərsən yazıb, oyadıb Payız xəzanı rənginə yazı boyadıb Dəyişirsən, hər günün adını o daşıyır Gülüşünə hər gün inadın "yoldaş" deyir Qaçacaqsansa ilk görüşdən Sevgi qaçar açıb qanadlarını Sən hünər toplayıb ona getməsən Günəş önündən çəkməz buludlarını Bu həyat başqa cürdür, sən anla artıq! Cavabsız qalan sevgi hər anla artır Ver ürəyini, qoy ona qovuşsun Azalsa da sevgin, təki var olsun Sevmə, yenə tərk edəcək səni Getmə ona tərəf bir addım da Olma yenə doğma Bir günün içində tanımadığın bir insana Hiss et, necə aldadır gözləri Bil ki, ancaq dildədir sözləri Sənsə bir əsərsən Hansının ki sonunda qırılır ürəklər Bakının bir küçəsində səhərədək Oyaq qalıb, şirin yuxunu biz zəhər edək Gəl səfər edək yağış bərk yağan yerdə Tək adam olaq, islanaq, gedək Kimsə də bizim kimi sevə-sevə səhv edir Rahat həyatın qanadını qırıb məhv edir Kimin ki qəlbi qırılıb, o, bələddir Amma ki bu gün hisslərim sənə tərəfdir Mən qaçmayacam ürəyim "qaç" dedikcə Sevgi böyük dərdlər arxasında gizləndikcə Və hər dəfə yazdıqca mən qəmli mahnı Tək olduğumu anlayıram kədərim sevildikcə Son gülüş ağrılıdır, yüz göz yaşından Dünənlər yadımdan çıxmır düz 4 yaşımdan Xatirələr qəmdən başqa nə verir ki? Hər şey yaxşıdır, amma ürəyimin səsi deyir ki Sevmə, yenə tərk edəcək səni Getmə ona tərəf bir addım da Olma yenə doğma Bir günün içində tanımadığın bir insana Hiss et, necə aldadır gözləri Bil ki, ancaq dildədir sözləri Sənsə bir əsərsən Hansının ki, sonunda qırılır ürəklər Payız borc verir sən alırsan, utanmadan Sevgi "gəl" deyəndə qaçırsan dayanmadan Yuxunu danışa bilsəydin mənə oyanmadan Şirin olardı hər söhbət, hər yan, hər an Sənin üçün sevgi hisslərdən yorulmaqdır Əslində isə sеvgi hisslərlə doğulmaqdır Yəqin ki, təqvimində "mən"li günlərin çatmır Sevgim həyat kitabında sadəcə mündəricatdır Artıq əlim çatmır, sözlər çox yuxarıdadır İlham pərimi görsən, soruş, gör haradadır? Bir azdan şər qarışacaq, xeyri xilas edək Sеvgini atmaqdansa, kiməsə miras edək Bitən sətirlərə baxıb anladıqca mən Yenə hisslər, yenə sevgi yazıram ancaq mən Həyatın hissəsidir, tək qələmin səsi deyil ki Sevgidən öncə dinlə, ürəyimin səsi deyir ki Sevmə, yenə tərk edəcək səni Getmə ona tərəf bir addım da Olma yenə doğma Bir günün içində tanımadığın bir insana Hiss et, necə aldadır gözləri Bil ki, ancaq dildədir sözləri Sənsə bir əsərsən Hansının ki, sonunda qırılır ürəklər
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out