Listen to Mən Güvənirəm Bəxtimə by Epi

Mən Güvənirəm Bəxtimə

Epi

Hip-Hop/Rap

Lyrics

Mən güvənirəm bəxtimə, mənə "ayrılaq" sözünü gəl demə Sən şərik ol dərdimə, mən səni yenə salaram qəlbimə Mən güvənirəm bəxtimə, mənə "ayrılaq" sözünü gəl demə Sən şərik ol dərdimə, mən səni yenə salaram qəlbimə Sən və yeni sevgilin, mən ümid edirəm ki, yaxşısız Yəqin ki, xoşbəxtsiz, ya da ki, dərdləşib gecəni yatmısız Xoşbəxt görsənirsiz, çünki yalan üstə qurulub axışınız Sən deyilsən yaxşı qız, çalış həyatının naxışını yaxşı cız Mən sənin ovucuna həqiqət qoyaram Amma ki, heç vaxt yalan vermərəm Qeydinə qalaram düzgün bir qızın Sevgi yoxdur deyə kalan sevmərəm Yalandan başqa palan geymərəm Dalına düşüb, tin-dalan getmərəm Əvvəlki halını it kimi sevirəm İndiki halına heç salam vermərəm Hə, "heç kimə bənzəməz"lə "Hamı kimisən"in arasında incə xətsən İndi olsam da istəmərsən, hətta incik olsan da gizləmərsən Mənə yaxşı gələn bir cəhətsən ki, həyatıma qalın bir iz çəkərsən Yoxa çıxa bilərsən bircə həblə Amma səni sevmədiyimi bil, cəhənnəm Mən bilirəm dağ dağlamışam Soruşana "çovğunam" desəm nə olarki? Sənə görə sözümü saxlamışam Desəm "qorxuram", yesəm nə olarki? Bilərək telefonu bağlamışam Özümü "no" kimi aparan "yes"əm nə olarki? Bütün gecəni mən ağlamışam Soruşana "yorğunam" desəm nə olarki? Sən məni atdığın həmən gündən "Нормальный" bir yuxu yata bilməmişəm Gic-gic yuxular görürəm gecələr Elə yuxulardan qaça bilməmişəm "Груз"umu yığmışam aylarla içimə "Груз"umu sənə tərəf ata bilməmişəm Mən söyəndə söyürəm söyüşümü Sənə nə söyüş söyüm, tapa bilməmişəm Məni öldürməyə yeltənənlər Artıq gedibdir yelkən əldən Sevgimi götürüb yerdən əllə Onu etmişəm mən özüm yenidən əldə Bundan sonra məni kim incitsə Onun ahı sənindir yeri gələndə Çünki əgər sən getməsəydin Məni incidə bilməzdi yeni gələnlər Dəyişəcək anidən imzam, birdən, necə çıxır anidən misra dildən Dəyişəcək anidən insan, birdən, necə batır əlimizə mismar birdən Dəyişəcək anidən imkan, birdən, necə Epiyə gəlir ilham birdən Öldürə bildin içimdəki uşağı, fərqlənmirsən İsraildən Mən güvənirəm bəxtimə, mənə "ayrılaq" sözünü gəl demə Sən şərik ol dərdimə, mən səni yenə salaram qəlbimə Mən güvənirəm bəxtimə, mənə "ayrılaq" sözünü gəl demə Sən şərik ol dərdimə, mən səni yenə salaram qəlbimə
Writer(s): əkbər Novruzlu, Hasan Haidar Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out