Lyrics

Alagözlüm, səndən ayrı gecələr Bir il kimi uzun olur, neyləyim? Bağçamızda qızılgüllər hər səhər Tezdən açır, vaxtsız solur, neyləyim? Bağçamızda qızılgüllər hər səhər Tezdən açır, vaxtsız solur, neyləyim? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni, bil ki, bu nigar Həzin-həzin yada salır, neyləyim? Yaz axşamı səni, bil ki, bu nigar Həzin-həzin yada salır, neyləyim? Nərgizlərin gözü yolda qalanda Bənövşələr baxıb qəmgin olanda Qərənfilin gözü yaşla dolanda Yasəmənlər saçın yolur, neyləyim? Qərənfilin gözü yaşla dolanda Yasəmənlər saçın yolur, neyləyim? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni, bil ki, bu nigar Həzin-həzin yada salır, neyləyim? Yaz axşamı səni, bil ki, bu nigar Həzin-həzin yada salır, neyləyim? Həzin-həzin yada salır, neyləyim?
Writer(s): Emin Sabitoğlu, Nigar Refibeyli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out