Lyrics

Nə süzürsən narın-narın Yenə daşdan-daşa, kəklik? Nə süzürsən narın-narın? Yenə daşdan-daşa, kəklik? Könlüm istər nəğmə kimi, hey Bircə nəğmə qoşa, kəklik Qoşa kəklik, qoşa kəklik Niyə tək sən danışarsan? Niyə tək sən danışarsan? Dağlar qızı, xallı gözəl Bir vəfalı yar ilə gəl Vuraq ömrü başa, kəklik Qəşəng kəklik, gözəl kəklik Sinən altı sal qırmızı Ayaqların al qırmızı Sinən altı sal qırmızı Ayaqların al qırmızı Dimdiyində xal qırmızı, hey Yanır qoşa-qoşa, kəklik Qoşa kəklik, qoşa kəklik Niyə tək sən danışarsan? Niyə tək sən danışarsan? Dağlar qızı, xallı gözəl Bir vəfalı yar ilə gəl Vuraq ömrü başa, kəklik Qoşa kəklik, qəşəng kəklik Dağlar qoynu çiçək-çiçək Mən gedirəm, getmir ürək Dağlar qoynu çiçək-çiçək Mən gedirəm, getmir ürək Uç şairin xəyalıtək, ey Bu dağlarda yaşa, kəklik Yaşa, kəklik, qoşa kəklik Niyə tək sən danışarsan? Niyə tək sən danışarsan? Dağlar qızı, xallı gözəl Bir vəfalı yar ilə gəl Vuraq ömrü başa, kəklik Qoşa kəklik, qəşəng kəklik
Writer(s): Ağabacı Rzayeva, Məmməd Hüseynov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out