Lyrics

Ay işığı, bulaq başı, göy çəmən Bir dünyamız, bir sən özün, bir də mən Pərdə-pərdə gah ağlayan, gah gülən Nəfəsinlə oxu, gözəl, qoy səsin Ürəyimdə kaman kimi titrəsin Oxu, gözəl, oxu, gözəl, qoy səsin Ürəyimdə kaman kimi titrəsin Karvan-karvan göydə ulduzlar köçür Öz bəxtinə hər kəs bir ülkər seçir Karvan-karvan göydə ulduzlar köçür Öz bəxtinə hər kəs bir ülkər seçir Qocalırıq, ömür keçir, gün keçir Qocalırıq, ömür keçir, gün keçir Oxu, gözəl, oxu, gözəl, qoy səsin Ürəyimdə kaman kimi titrəsin Oxu, gözəl, oxu, gözəl, qoy səsin Ürəyimdə kaman kimi titrəsin Can evimə sığışmayan arzular Bir dünyada neçə dünya arzular? Can evimə sığışmayan arzular Bir dünyada neçə dünya arzular? Məhəbbətin nə ilki, nə sonu var Oxu, gözəl, oxu, gözəl, qoy səsin Ürəyimdə kaman kimi titrəsin Oxu, gözəl, oxu, gözəl, qoy səsin Ürəyimdə kaman kimi titrəsin Ah... titrəsin, ah... titrəsin, ah... titrəsin
Writer(s): Seid Rüstemov, Səməd Vurğun Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out