Top Songs By Şövkət Ələkbərova
Credits
PERFORMING ARTISTS
Şövkət Ələkbərova
Performer
COMPOSITION & LYRICS
Emin Sabitoglu
Composer
Səməd Vurğun
Songwriter
Lyrics
Binələri çadır-çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Qayaları baş-başadır
Güneyləri tamaşadır
Gödək ömrü çox yaşadır
Canım dağlar, gözüm dağlar!
Gödək ömrü çox yaşadır
Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Baxt məni bu yerə qonaq göndərdi
Gedirəm, ey
Gedirəm, yamandır ayrılıq dərdi
Demə, Səməd Vurğun gəldi-gedərdir
Demə, Səməd Vurğun gəldi-gedərdir
Unutmaz, unutmaz bu oba, bu mahal məni, məni
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Writer(s): Emin Sabitoğlu, Səməd Vurğun
Lyrics powered by www.musixmatch.com