Lyrics

Axşam gəldi, axşam gəldi Sevən könüllərə ilham gəldi Bu axşam aylı axşam Ulduzlu, aylı axşam Dəniz gözəl, səma gözəl Bu aləmi, gül, seyr eylə, gəl Gəl çıxaq sahilə səninlə, səninlə Sevdalı könlümü bir dinlə, bir dinlə Bir laləzar kimi dalğalanır göy Xəzər Qağayılar kimi nəğmə deyir ləpələr Nəğmə deyir ləpələr Yerdə çiçəklər, göydə ulduzlar gülür bu axşam Ah, bu nurlu axşam Ah, bu nurlu axşam Axşam gəldi, axşam gəldi Sevən könüllərə ilham gəldi Sevənlər görüşürlər, deyirlər, gülüşürlər Sahil gülür, Xəzər gülür Baxıb vüsal dolu gözlər gülür Hicranlı duyğular uzaqda, uzaqda Gül açır arzular dodaqda, dodaqda Bir laləzar kimi dalğalanır göy Xəzər Qağayılar kimi nəğmə deyir ləpələr Nəğmə deyir ləpələr Yerdə çiçəklər, göydə ulduzlar gülür bu axşam Ah, bu nurlu axşam Ah, bu nurlu axşam Ah, bu nurlu axşam Ah, bu nurlu axşam Ah, bu nurlu axşam
Writer(s): şövkət ələkbərova Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out