Lyrics

İlk bahar heç laləsiz, heç yasəmənsiz olmasın, balam Aşiq heç məşuqəsiz, bülbül çəmənsiz olmasın heç zaman Mən sənin eşqinlə pərvaz eylərəm yüksəklərə, balam Mən sənin eşqinlə pərvaz eylərəm yüksəklərə Ey nigar, sevdalı könlüm bir də sənsiz olmasın, balam, ey Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Yasəmənlər açıb çiçəklənəndə Bənövşələr küsüb boynun əyəndə Şeh düşübən güllər də şehlənəndə Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Elə gül ki, yar yuxudan oyansın Elə gül ki, yanaqların od alsın Elə gül ki, yar qadasın yar alsın Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülüşlərin cingildəsin saz kimi Hər tərəfə yayılsın avaz kimi Sən güləndə könül gülür yaz kimi Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Sən güldükcə gülür yaşıl çəmənlər Heyran olur avazın eşidənlər Görən, varmı sənin kimi bəxtəvər? Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım Gülə-gülə, gülə-gülə ay xanım Gülə-gülə, gülə-gülə al canım
Writer(s): Aşıq ələsgər, Xalq Mahnısı Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out