Lyrics

Dəlisov xəzrilər əlindən Yaralı yelkənim üzüldü Qayalar tutmadı əlimdən Dalğalar qəsdimə düzüldü Bir batmış gəmiyəm indi mən Suların altında yatmışam Qorxmuram tufandan, küləkdən Üzməyin daşını atmışam Nələr-nələr üzür qəlbimdə Üzməyi bilməyən nə bilər?! Rəqqaslartək süzür üstümdə Fəlakət bilməyən gəmilər Nələr-nələr üzür qəlbimdə Üzməyi bilməyən nə bilər?! Rəqqaslartək süzür üstümdə Fəlakət bilməyən gəmilər Dəlisov xəzrilər əlindən Yaralı yelkənim üzüldü Qayalar tutmadı əlimdən Dalğalar qəsdimə düzüldü Bir batmış gəmiyəm indi mən Suların altında yatmışam Qorxmuram tufandan, küləkdən Sevməyin daşını atmışam Nələr-nələr üzür qəlbimdə Sevməyi bilməyən nə bilər?! Rəqqaslartək süzür üstümdə Fəlakət bilməyən sevgilər Nələr-nələr üzür qəlbimdə Üzməyi bilməyən nə bilər?! Rəqqaslartək süzür üstümdə Fəlakət bilməyən gəmilər
Writer(s): Rasim Imanov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out