Lyrics

Şirin-şirin yat, ay bala Boya-başa çat, ay bala Sən də bir gün öz səsini El səsinə qat, ay bala Sənə deyir laylay Hər ötən quş, hər axan çay Bu gözəl, şən anamız vətən Laylay, laylay, laylay Hər şöhrətim, şanım sənsən Candan ayrı canım sənsən Nə təmizdir gül nəfəsin Sən ətirli bir çəmənsən Sənə deyir laylay Hər ötən quş, hər axan çay Bu gözəl, şən anamız vətən Laylay, laylay, laylay Yat, ay quzum, şirin-şirin Həyat sənin, dövran sənin Qayğısıyla boy atırsan Qucağında bu vətənin Sənə deyir laylay Hər ötən quş, hər axan çay Bu gözəl, şən anamız vətən Sənə deyir laylay Hər ötən quş, hər axan çay Bu gözəl, şən anamız vətən Laylay, laylay
Writer(s): Emin Sabitoğlu, Rəsul Rza, Xalq Mahnısı Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out