Listen to Duman (feat. Mirələm Musazadə) by Elvin Nasir

Duman (feat. Mirələm Musazadə)

Elvin Nasir

Hip-Hop

174 Shazams

Lyrics

Buz tutub ürək əllərim soyuq Məhv edir məni duman Gözlərimdə yaş gözlərimdə qan Aparır uçuruma zaman Arzular yatıb, xəyallar hədər Boşluqdur mənə qalan Unudub hər kəs ismimi artıq Çağırırlar məni narkoman Utanıram artıq güzgüyə baxanda məndən bir mən qalmayıb Nə uğurlar qalmayıb nə bir əhsən qalmayıb Xoşbəxt narkoman olmur, ruhum çoxdan özünü asıb Məni bağışla gözəl Anam, sən olmamalı idin narkoman anası Yox bir ümüdüm, yox bir xəyalım, hər gün qaçıram zəhər dalınca Elə bil ölümün üstünə gedirəm, boğazım dirənir kəskin qılınca Bədənim zəhər olunca, yaddan çıxır öz adım Məni bağışla həyat yoldaşım, olmamalı idin narkoman arvadı Atamın fəxri idim, indi ailəmin üz qarası Eşidirəm hər gün anam yalvarır Allaha qurtulsun balası Hər şeyi məhv eyləyən duman, bu işin səfası olmur Bəzən insanın ən böyük düşməni özündən başqası olmur Axtarıram bir qram tapım mən hər gün səhərim açılandan Cəmiət məndən qaçırdı gördüm, zəhərim ətrafa saçılandan Məhv etdim mən gəncliyimi, uğurlarım,kariyeram,işim Günü-gündən zirvəyə qalxırdım, atdım özümü uçurumdan Ruhum utanır cismimdən, cismim qorxur qərarlarımdan Bircə saat kef çəkmək üçün mən vaz keçdim xəyallarımdan Neylədimsə mən özüm elədim, mənə yazılmayıb bu cur yazı Məni bağışla balaca qızım, sən olmamalı idin narkaman qızı Buz tutub ürək əllərim soyuq Məhv edir məni duman Gözlərimdə yaş gözlərimdə qan Aparır uçuruma zaman Arzular yatıb, xəyallar hədər Boşluqdur mənə qalan Unudub hər kəs ismimi artıq Çağırırlar məni narkoman Məni bağışla Allah, ən bədbəxt bəndəyəm Al ruhumu özün təmizlə, hiss edim ki, səndəyəm Bu çəkdiyim zəhrimar mənim hər bir şeyimi əlimdən alıbdır Elə bil sönübdür həyatın çırağı, aləm qapqara qaralıbdır Mənə güc ver, məni qaytar, məni apar günahsız illərə Hər şey başladı bir tüstü ilə, zəhrimarı almayım əllərə İstəyirəm yenidən mən ucalım, narkotikin məni saldığı yerdən Darmadağın etdiyim həyat, yenə davam etsin qaldığı yerdən Önümdə uçurum var mənim, sevdiklərim arxada Uçurumdan düşəcəm deyə mən onlar əsillər qorxudan Gecdə olsa anladım artıq, güc taparaq tərgitməliyəm mən Geriyə dönüb onlara sarılıb, hər kəsi xoşbəxt etməliyəm mən Narkotik iyrənc dünyadır, xoşbəxtliyi bir xülyadır Utanıram artıq cəmiyətdən, surətim aləmə rusvadır Elə sanma ki, bir mənadır, çirkab dolu bir dəryadır Suya həsrət səhradır, zülmət dolu bir röyadır
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out