Lyrics

Bir oğul böyütdün üstündə əsə-əsə Laylay dedin gecələr ömründən kəsə-kəsə Vətən əsgər çağırdı, tale, qismət bu isə Öpüb alnımdan dedi: "Get, ay evimin qalası" Məktubu aldım o gün sevinib gülə-gülə Oxudum qara xəbəri onu sağ bilə-bilə Öpərək rəsmlərin gözdə yaş gilə-gilə Bildirmədən heç kəsə tutdu qəlbində yasın Tutdu qəlbində yasın Vətən yolunda şəhid olub onun balası Mərd oğlun mərd anası, gəlir şəhid anası Dikmə gözlərini yerə, ana, qaldır başını Xalq qərənfillə bəzər onun məzar daşını Onun məzar daşını "Oğul, oğul" deyərək bu dərdə dözə-dözə Bu xəyallar içində o gəzir üzə-üzə Toyunda oynamadın sən onun süzə-süzə Qəbri üstündə, aşıq, çal ayrılıq havasın Torpaq oğul istədi, sən verdin, ay ana Ağlamazlar şəhidi, ağlama yana-yana İndi Mübariz adı çevrilibdir dastana Üçrəngli bayrağımız onun bəylik libası Üçrəngli bayrağımız onun bəylik libası Vətən yolunda şəhid olub onun balası Mərd oğlun mərd anası, gəlir şəhid anası Dikmə gözlərini yerə, ana, qaldır başını Qalx, qərənfillə bəzə onun məzar daşını Onun məzar daşını Milli Qəhrəman deyir bütün el sənə Bu ad fəxr gətirdi, ay oğul, mənə Əsgərlər də and içib, söyləyib dönə-dönə Biz İlhamla alarıq düşməndən qan qisasını Biz İlhamla alarıq düşməndən qan qisasını
Writer(s): Ruslan Seferli, Tacir Allahverdiyev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out