Featured In

Credits

PERFORMING ARTISTS
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Performer
COMPOSITION & LYRICS
Xalq Mahnısı
Xalq Mahnısı
Composer
Orxan Əzimov
Orxan Əzimov
Songwriter
Məşədibaba Aydəmirov
Songwriter

Lyrics

Gecələr göylərə baxıram hərdən Ay dərdi çox olan kəsə bənzəyir Gecələr göylərə baxıram hərdən Ay dərdi çox olan kəsə bənzəyir Ulduzlar seçilmir külli bəşərdən Ayınsa ulduzları qədərdir dərdi, qədərdir dərdi Elə bil Ay mənəm Elə bil Ay mənəm, tənha bir kəsəm O qədər çoxdur ki giley-güzarım Mən kimdən inciyəm, mən kimdən küsəm? Mən kimdən inciyəm, kimdən küsəm? Gərək, bu dərd ilə özüm bacarım Xəyanət insanı yandırır, amma Xəyanət insanı yandırır, amma Mən bunu bilmədən sevmişəm səni Dönmək istəyirsən, dön gəl, utanma Dönmək istəyirsən, ay gülüm, dön gəl, utanma Ayrılıq, ayrılıq ondan pis yandırır məni Ey... Aman, aman... Aman, aman... Əzizim Sənə çox can dedim, ey can, can olub neyləmisən? Demə canan özünə, canan olub neyləmisən? Getmisən, daima biganəni yad eyləmisən Getmisən, daima biganəni yad eyləmisən Həsrətindən ürəyim al-qan olub, neyləmisən? Həsrətindən ürəyim al-qan olub, neyləmisən? Demə, imkanım olanda səni yad eyləyərəm O qədər fürsət olub, imkan olub, neyləmisən? Dərmanım olsa da səndə, ölərəm, istəmərəm Səndə hər dərdimə hər dərman olub, ey, neyləmisən? Baba, biz insanıq, insan ilə insanlıq edək Deməsinlər bizə qoy, insan olub neyləmisən? Baba, biz insanıq, insan ilə insanlıq edək Deməsinlər bizə qoy, insan olub neyləmisən? Baba, biz insanıq, insan ilə insanlıq edək Deməsinlər bizə qoy, insan olub neyləmisən?
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out