Listen to Gözlərin Dərin by Epi

Gözlərin Dərin

Epi

Hip-Hop/Rap

Lyrics

Gözlərin dərin, dərin Gözlədin gəlim, gəldim Sözlərimdə illərim Mən gözlərindən didərgin Hər səs mərkəzdən gəlməz Sən səs, mən səndən sərbəst Sən kəs, dərd səndən gəlməz Almaz hər kəs dərdlərdən dərs Dərd-dərd üstünə, hərdən küsdün Xəlvət üstümə gəlsən düzgün Bizdən bir daha alınar yəqin Tək sən tüstümə dəhşət düşdün Mən səndən, amma sən sərsəm Sən mənsən, amma tənbəlsən Mən gəlsəm, yenə gəlmərsən Amma sən gəlsən, yenə mən tərsəm Kiminə bəhanə, kiminə ağır Kiminə fəlakət, kiminə yağış Kiminə sədaqət, kiminə tanış Sən min dəfə düşün, amma bir dəfə çağır İçimdə iki dənə qız var – biri yol istəyir, biri isə doğrunu İçimdə iki obraz var – biri polisdir, biri isə oğrudur İçimdə iki dənə qız var – biri yol istəyir, biri isə doğrunu İçimdə iki obraz var – biri polisdir, biri isə oğrudur Hisləri qəlb ələr, "sanki"lər "Kaş ki"lər və "bəlkə"lər Hər kədər bir qədəhdə tərpədər Hər dəfə səni düşünüb, mərtəbə-mərtəbə qalxdı Amma mərhəmət yoxdur Hər qələt yeyənə vermərəm məsləhət Mənasızdırsa sən qoxan məhlələr Mənasızdırsa sən qoxan səhnələr Həqiqəti eşitmir qulaq Həqiqəti tək mən deyirəm Hisslərim çox dəyişdi artıq Mən hisslərə rəhbər deyiləm Yazdıqlarıma kitab de Mən qara-qura dəftər deyirəm Daha bir də axtarma məni Çünki həmin o Əkbər deyiləm Gözlərin dərin, dərin Gözlədin gəlim, gəldim Sözlərimdə illərim Mən gözlərindən didərgin Hər səs mərkəzdən gəlməz Sən səs, mən səndən sərbəst Sən kəs, dərd səndən gəlməz Almaz hər kəs dərdlərdən dərs
Writer(s): əkbər Novruzlu, Hasan Haidar Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out